• nutrients

Şərabı qida ilə birləşdirməyin əsasları

Dəbli

Düzgün şərab təkcə, yeməyin dadını artırmaq üçün verilmir, həmçinin dad hissiyatını gücləndirir. Yeməyiniz üçün ən yaxşı içkini seçmək asan iş deyil. Şərab yeməyin təbiətini pozmamalıdır- eləcə də, yemək şərabın dadından kəskin olmamalıdır.

Bəyaz və qırmızı şərablarla uyğun olan yeməklər.
Bəyaz şərablar- Dadı yüngül və mülayim olan bu içkilər təzə tərəvəzlər, dəniz qidaları və balıq, və ya az ədviyyatlı yüngül yeməklərlə əla kombinasiyadır. Yüngül yeməklər, eləcə də meyvələr ağ likör ilə yaxşı gedir.
Tünd bəyaz və qırmızı şərab – dadı daha təsirli olur – hisə verilmiş və ya qızardılmış balıqla yaxşı gedir. Həmçinin, bəyaz şərabları ət yeməyi (dadlı, azca ədviyyatlı və souslu) ilə birləşdirə bilərsiniz.
Qırmızı şərab qoxusu güclü olan yeməklərlə yaxşı cütlükdür. Bilməliyik ki, bu içkinin tündlüyünə görə müxtəlif növləri vardır. Yüngül qırmızı şərablar ədviyyatlı quş əti yeməkləri ilə süfrəyə verilə bilər. Tünd olanlar isə qırmızı ət (qızardılmış və ya qril olunmuş) ilə əla olur. Həddən artıq aromatik və tünd şərablar souslu maral əti ilə yaxşı olur.
Parlaq şərab (şampan şərabı) ən klassik iştahaçanlardan biridir. O, həmçinin bütün növ yeməklərlə birgə gedən yeganə şərabdır.
Desert üçün, kəmşirin və ya şirin desert şərabı verməlisiniz. Əgər desert çox şirindirsə, kəmşirin şərab əla gedəcək.
Günorta snekləri üçün həm bəyaz, həm də qırmızı şərab vermək olar.

Şərabı qida ilə birləşdirməyin əsasları

Artıq bütün prinsipləri bilirsiniz, onları dostlarınızla sınayın.

Ziyafətinizdən zövq alın və daha ətraflı buradan oxuyun:

Cuisses de grenuilles – qurbağa ayaqları, ağ şərabla bişmiş şəkildə

, , , ,