• nutrients

Sağlamlığa faydalı vitamin E

Xeyirli

Vitamin E, həmçinin vitamin A, D və K yağda həll olan vitaminlər qrupuna aiddir. Bu o deməkdir ki, onlar orqanizmdə əsasən yağlı toxumalarda və böyrəküstü vəzilərdə olur.

E vitamini A və C vitaminləri ilə birgə orqanizmi oksidləşmə nəticəsində hüceyrələrin zədələnməsindən və həmçinin azad radikalların hüceyrələrə mənfi təsir göstərməsindən qoruyan güclü antioksidləşdiricidir. Vitamin E eyni zamanda aktiv antikoaqulyantın sintezində iştirak edərək hüceyrə pərdələrinin keçiriciliyini təmin edir və qanda trombositin toplanma ehtimalını azaldır. Bundan əlavə E vitamini qırmızı qan hüceyrələrinin qorunmasında, gen ekspressiyasında və sinir impulslarının bədən boyunca ötürülməsində iştirak edir.
O, həmçinin gözün düzgün fəaliyyətinə kömək edir. Orqanizmdə vitamin E çatışmazlığına nadir hallarda təsadüf edilməsinə baxmayaraq kistik fibroz və çölyak xəstəliyindən əziyyət çəkən insanlarda daha çox rast gəlinir. Bədəndə E vitamini çatışmazlığının ən mühüm simptomlarından halsızlıq, anemiya, sinir sisteminin zədələnməsi, əzələ degenerasiyası və infeksiyalara tez yoluxmanı qeyd etmək olar.
Vitamin E yalnız bitkilərdən alınır. Bu vitaminin ən qiymətli təbii mənbələri yağlar, xüsusən də buğda toxumunun yağıdır. E vitamini həmçinin qoz-fındıq, tam taxıl, yaşıl yarpaqlı tərəvəzlər: kahı, ispanaq və kələmdən alınır.

AZ-VITAMIN-E

Öz menyunuzu E vitamini ilə zənginləşdirəcək tərzdə planlayın.

Sağlamlığınız haqqında daha ətraflı buradan öyrənin:

Qidalanma üzrə tərəvəzlər ensiklopediyası
Pəhrizlər – Ən yaxşı pəhrizlərin seçilməsi

, , , , ,