Bədənin təbii təmizlənməsi – hər kəs üçün iki günlük aclıq pəhrizi

Xeyirli

Əgər formada qalmaq, həzm və qan dövranı sisteminin problemlərinin qarşısını almaq istəyirsinizsə, hər 2-3 həftədən bir qısa aclıq pəhrizi terapiyasını etməlisiniz.

aclıq pəhrizi
 

Şəfalı aclıq pəhrizi

<pFəaliyyətsizlik və balanslı olmayan pəhriz hüceyrələrimizdə toksinlərin toplanmasına səbəb olur. Bu zərərli agentlər bədənimizi çirkləndirir. Əgər onlar yanmasa və ya yuyulub aparılmasa bir çox xəstəliklərin səbəbi ola bilər. Aclıq pəhrizi onlarla mübarizə aparmağa kömək edir. Onun profilaktik effekti var, çünki onlar bədəni tıxanmalardan və zərərli, lazımsız proteinlərdən təmizləyir.

Daha uzunmüddətli aclıq pəhrizində kimi, burada da qidaya sərt qadağa var. Ancaq su və otlu çaylar içə bilərsiniz.

 

Terapiyanın effektiv olması üçün, onu sistematik tətbiq etmək və hər vaxt aclıq pəhrizini az-kalorili pəhrizlə davam etdirmək lazımdır.

Əsas qaydalar

  • Aclıq pəhrizi üçün ən yaxşı zaman şənbə və ya bazar günləridir, çünki iş günü deyil.
  • Zəngli saatı qurmamalısınız. Bu yolla, istədiyiniz qədər yata bilərsiz.
  • İntensiv fiziki məşğuliyyətdən, yüksək stress səviyyəsindən və kulinariya tamahlarından yayınsanız aclıq pəhrizinə dözmək asandır. Buna görə də, mebelinizin yerini dəyişməyin, yaxınlarınız və əzizlərinizlə mübahisə etməyin və xala adgünü qonaqlığına dəvəti qəbul etməyin.
  • Aclıq pəhrizi tutarkən, siqaret çəkməyin, vitaminlərdən, ağrıkəsicilərdən və ya sakitləşdirici vasitələrdən istifadə edin. Əgər, müntəzəm olaraq dərman qəbul edirsinizsə, həkiminlə əlaqə saxlayın ki, aclıq pəhrizi tutub-tuta bilməyəcəyinizə qərar versin.
 

Aclıq pəhrizi çəki itirməyə kömək edirmi?

Xeyr. Aclıq pəhrizi bədəni detoksifikasiya etmək və təmizləmək üçün sadəcə bir metoddur. Bir neçə günlük pəhrizdən sonra biz artıq çəki itiririk, lakin normalda adəti çəkimizə geri qayıdırıq. Bir neçə günlük aclıq pəhrizi yemək vərdişlərimizdə dəyişiklik üçün əla başlanğıc ola bilər. Mədəmiz yığılır; doymaq üçün az qidaya ehtiyacımız olur. 

 
 
Qısa müddətli aclıq pəhrizindən sonra, bütün növ dadları daha intensiv yoxlaya bilərik, misal üçün, bir şey duzludur yoxsa şirin. Dadlandırıcılardan, şəkər və duzdan az istifadə etməyə başlaya bilərik və bu az çəkiyə aparacaq. Həkimlər tərəfindən sübut olunub ki, bir neçə günlük aclıq pəhrizindən sonra biz az ac hiss edirik. Yağlı və ağır yeməkləri yeməyə istəyimiz daha az olur. Meyvə, tərəvəzlər, yoqurt və meyvə şirələri üstün tuturuq. Ona görə də, aclıq pəhrizi az-kalorili pəhrizə keçid üçün əla başlanğıc yolu ola bilər.

Gündə yeddi dəfə mayelər

  1. Oyandıqdan sonra – həzm yollarını təmizləmək üçün bir qaşıq qlauber duzu ilə bir stəkan su.
  2. Səhər duşundan sonra – bir fincan rozmarin çayı qan dövran sisteminizi stimullaşdıracaq. Rozmarin yoxdursa, onu tünd olmayan, şəkərsiz çayla əvəz edə bilərsiniz.
  3. Günortadan öncə – -2 stəkan su və ya 1-2 fincan bitki çayı (misal üçün: çobanyastığı və ya nanə)
  4. Günorta – 1-2 stəkan su
  5. Günortadan sonra – 1-2 fincan bitki çayı (bu, çobanyastığı, nanə ola bilər, lakin rozmarin yox)
  6. Axşam, lakin axşam saat 7 -dən gec yox – 1-2 stəkan su
  7. Yatmazdan dərhal öncə (saat 9 və 10 arası) – bir fincan melissa çayı və ya valeryan çayı (onların sakitləşdirici və yuxu-gətirici xüsusiyyətləri var). Çaylar şəkərli olmamalıdır.
, , , ,