Çəkini necə ağıllı şəkildə itirməli

Xeyirli

Çəki itirməyə çalışırsınız? Ağıllı şəkildə necə çəki itirmək üçün bir neçə məsləhətlər. Məsləhətimizdən yararlanın.

ağıllı
 

Ac qalmayın

Evdən çıxmazdan öncə səhər yeməyi vacibdir. Hətta, əgər səhərlər ac hiss etmirsinizsə, kiçik bir sendviç və ya bir hissə meyvə yeyin. Bu, gün ərzində artıq yeməyin əsas səbəbi olan şəkərin miqdarının qanda qəfil düşməsini önləyəcək.
  • Tənbəl olmayın Günə yarım saatlıq fiziki aktivlik vacibdir. Qar və yağışdan qorxmayın, gəzməyə çıxın, özünüzü möhkəmlədəcəksiniz, qan dövranı inkişaf edəcək və dərinizin sağlam çəhrayı rəngi olacaq
  • Çoxlu tərəvəz və meyvələr yeyin. Bir parça şokolad və ya krakerlərdən daha çox vitamini olan banan və ya qurudulmuş meyvə yemək daha faydalıdır.
  • Yox deməkdən qorxmayın. Hətta ailəvi süfrədə və ya qonaqlıqlarda səbəb demədən yeməkdən imtina edin
  • Yaxşıca yatmağı unutmayın. Mümkündürsə, saat 11-dən öncə yatın ki, 8 saatlıq yuxu olsun.
  • Məşhurların etdiklərini təkrarlamayın. Xüsusilə, onların anoreksiya modaları və ekstrim pəhrizlərini. Sizin məqsədiniz kiçik ölçü, aclıq durumu və ciddi xəstəliklər riski deyil, sağlam olmaq və yaxşı vücuda həmişəlik olaraq sahib olmaqdır.
 

Həddindən artıq yeməyin
Sağlam qidaları da həddən artıq yeməyin. Gündəlik qidanızı 5-6 kiçik yeməklərə ayırın. Bu yolla, siz qanda şəkərin sabit miqdarını qoruyub saxlayacaqsınız, qəfil aclıq hiss etməyəcəksiniz və kaloriləri asanlıqda yandıra biləcəksiniz.
 
 
  • Özünüzü izolyasiya etməyin. Dostlarınızla gəzintiyə çıxın. Lakin, gəzintini pitseriya lə bitirməyin.
  • Yemək vaxtı heç nə oxumayın və TV izləməyin.Yediyinizdən xəbərdar olmaq sizi az yeməyə vadar edir və qidanın dadına, vizual görüntüsünə tam olaraq dəyər verirsiniz.
  • İkigünlük yemək bişirməyin. Təzə qidalar ən yaxşısıdır, həm də yemək az olsa həddindən artıq yemək riski azalır!
  • Sonraya saxlamaq üçün ərzaq almayın. Almadığınız şeyi, yeməycəksiniz. Növbəti həftə supermarketlərin bəzi xüsusi təklifləri də olacaq.
  • İri boşqablarda yemək yeməyin. Kiçik boşqablar istifadə edin, bu yolla, qidanız olduğundan daha böyük görünür.
  • Axşam saat 7-dən sonra yeməyin. Bu xüsusilə, yağlara və karbohidratlara aiddir.
  • Özünüzü tənqid etməyin. Nə bir qədər şokolad yeməyə görə, nə də digər “günahlara” görə. Özünüzü əfv edin, düzgün nəticələr çıxarın, o barədə unudun və pəhrizə davam edin.
  • Həddən artıq duzdan istifadə etməyin, qutularda və ya paketllərdə olan hazır yeməkləri çox yeməyin. Bu yeməklərin tərkibində çoxlu duz, konservantlar və digər əlavələr var. Onlar bədənizi qıcıqlandırır, orada suyu saxlayır və nəticədəçəki yığırsınız.
  • Stay away from temptation. Nəfsdən uzaq durun. Pitsa restoranlarından, kafelərdən, şirniyyat mağazalarından və fast-fud restoranlarından çəkinin.
, ,