Pəhrizi çətinləşdirən vərdişlər

Xeyirli

Bəzən köhnə kök salmış yemək vərdişləri çəki azaltmağı çətinləşdirir. Tərəzinin əqrəbinin bir qədər geri getməsi üçün bir neçə vərdişi dəyişmək kifayətdir.

vərdişlər
 

1. Ailə ilə birlikdə yemək üçün vaxt yoxdur

Birlikdə yeyilən yeməklərin çatışmazlığı pis yemək vərdişləri formalaşdırmağın səbəblərindən biridir. Araşdırma göstərib ki, artıq çəkili uşaqlar yeməklərinin yarısını TV qarşısında yeyir. Lakin, valideynləri ilə birlikdə süfrəyə əyləşənlər daha çox meyvə və tərəvəzlər yeydiyi üçün az hallarda artıq çəkili olurlar.

Necə yayınmalı.Bütün ailə ilə birlikdə yemək üçün müntəzəm vaxt ayırın. Əgər ailəniz işdən və ya məktəbdən gec gəlirsə, bu nahar və ya şam yeməyi ola bilər. Əgər, həqiqətən az zamanınız varsa, donmuş meyvə və tərəvəzlər, suplar, tərəvəz qarışıqları, balıq filesi və digər hazır yarım-fabrikatlardan istifadə edin.

2. Stressli olanda, un məmulatı olan bir şey istəyirəm

Kekslər, ağ çörəklər və bulkalar çoxlu karbohidratlardan ibarətdir, onlar yaxşı əhval-ruhiyyə və yumor hissi üçün məsul sayılan serotonin istehsalını stimullaşdırır. Bir hissə keks yemək stressdən azad olmaqda sizə kömək edə bilər və müvəqqəti yüngüllük hiss edirsiniz. Ona görə də, bəzən bu vərdişi tərgitmək çox çətindir.

Necə yayınmalı. Hərdən, yeməklə stressə qarşı mübarizə apara bilərsiniz, lakin bu sizin vücudunuz üçün təhlükəlidir. Bu tezliklə vərdişə çevrilir. Şirin bulka yemək əvəzinə sağlam nahar hazırlayın. Stressli olarkən yemək əvəzinə, 15 dəqiqəlik gəzintiyə çıxın. Hərəkət serotonin ifrazını artırır.

 

3. Gündüz saat 4-də şokolad istəyirəm

Adətən günorta enerji səviyyəsi çox azalır. Buna görə də, enerjini qaytarmaq üçün şokolad yeməyi düşünürsünüz.

 
 
Necə yayınmalı Kulinariya istəkləri ilə mübarizə çox vaxt məğlubiyyətlə bitir; uzun müddət davam etdikcə, uğursuzluq çox olur (azca şokolad yemək əvəzinə şokolad plitkasının yarısını yeyirsiniz). Yalnız bir və ya iki hissə yeyin, hətta əgər çox istəsəniz belə. Bir qədər sonra tam kifayətlənmiş olacaqsınız.

4. Gecələr qəlyanaltı edirəm

Gecələr rahatlamaq istəyirsiniz və bunu çips, qoz-fındıq yeməklə edirsiniz. Belə yüngül yemək aclığı yatırmaq yox, daha çox sakitləşmək və stresi azaltmaq üçündür.

Necə yayınmalı. Evdə çips, qoz-fındıq və digər kalorili çərəzləri yığıb-saxlamayın. Sonuncu yeməyinizi axşam saat 6:30-da yeməyə çalışın. Bundan sonra hətta sağlam çərəzlər belə bel hissənizdə çəki artıracaq. TV qarşısında yeməmək qaydasına aludə olun.

5. Həftəsonları daha çox yeyirəm

Rejimdən ayrılırsınız, gündəlik planınız dəyişir, istirahət edirsiniz və buna görə də süfrədə özünüzə çox şey icazə verirsiniz.

Necə yayınmalı. Həftəsonları səhər yeməyi və lanç arasındakı vaxt fasiləsi yalnız iki və ya üç saat olur: gec oyanırsınız və lançı həmişəki vaxtda yeyirsiniz. Bəzi vaxtlar, boş vaxtınızı xüsusi bir şey bişirməyə sərf edirsiniz və ya keks hazırlayırsınız. Əgər iki iri yemək yesəniz: səhər yeməyi və şam, onlar arasında isə yüngül yemək, məsələn tərəvəzlər yesəniz, özünüzə verdiyiniz kalori miqdarı bir qəzər azalacaq.

, ,