Qışda üşüməmək və çəki qazanmamaq üçün nə etməli

Xeyirli

Qış nə qədər soyuq olarsa, o qədər də şirin və yağla zəngin şeylər yeyirik. Lazımsız kalori istehlak etmədən necə üşüməməyi bilirsinizmi?

üşüməmək
 

Soyuq qış zamanı

  • Yaxşı səhər yeməyi yeyin və üzərindən isti süd və ya çay için.
  • Yeməklərinizi müntəzəm olaraq yeyin; soyuq hiss edənə qədər ac qalmayın.
  • Gündə ən az iki dəfə isti yeməklər yeyin. Bədəniniz az enerji itirəcək və həzmdən öncə qidanı isitməyə çalışmayacaq.

Meyvə və tərəvəzləri unutmayın

Gündə ən az iki dəfə meyvə və tərəvəz yesəniz, immuniteti azaldan vitamin çatışmazlığı ilə üzləşməyəcəksiniz. Vitaminlər və minerallar bədənin həzm sistemini tənzimləyir. Əgər bədəni vitaminlərlə təmin etməsək, o, piyləri əritmək əvəzinə onları toplayır və bu piylənmə ilə nəticələnir. Bahalı təzə meyvə və tərəvəzlər almağa məcbur deyilsiniz, donmuş olanları da almaq olar.

 

Zərif qalmaq istərdinizmi? Ədviyyatlardan istifadə edin

Ədviyyatlar bədənimizi isidir və qan dövranı sisteminə stimul verir. Eyni zamanda, bakteriyanı öldürdüyü üçün, soyuqdəyməyə qarşı mübarizədə yardımçı olur. Metabolizmi artıraraq, həzmə dəstək olur və bu zərif qalmağa kömək edir. Suplara, souslara, ət və balıqlara ədviyyat əlavə edin – onlara qara istiot, acı bibər, dəfnə yarpağı, ətirli istiot, rozmarin, zəncəfil və darçın vurun.

 

Suplara üstünlük verin

Suplar çəki qazandırmır; əksinə, onları itirməyə kömək edir, çünki əsasən sudan ibarətdir. Onlar bədəni mükəmməl şəkildə qızdıran dadlı tərəvəz bulyonuna və bu istiliyin effektini artıran ədviyyatlara əsaslanır. Bir tikə ətlə olan sup vitaminlərlə zəngin yemək ola bilər və dadlı bulyonun kalorisi çox olmur. Bir fincan bulyon yalnız, 100 kkal ilə təmin edir ki, bu gündəlik minimum kalori istehlakının 5%-dir. Beləliklə, siz vücudunuz barədə narahat olmadan, isinmək üçün yaxşı sup içə bilərsiniz.

 
 

Yağlı qidalardan yayının

Dərin kök salmış bir fikir var ki, kalorili qidalar bizi isti saxlayır. Piy sinir sistemimizi, daxili orqanları qorumaq və hormonlar ifraz etmək üçün lazımdır, lakin səciyyəvi yağ qəbulunun yalnız yarısı (gündəlik 70 qr) kifayət edir, qalanı isə piy hüceyrələri tərəfindən absorbsiya edilir və… çəki qazanırıq. Yağsız kolbasa və az yağlı süd məhsullarını seçin, əti alümin folqada qızardın.

 

İsinmək üçün alkoqoldan heç vaxt istifadə etməyin

Xüsusilə, boş mədəyə. Faktiki olaraq, bir neçə qurtum alkoqol içəndən sonra biz isti hiss edirik, o tez zamanda absorbsiya edilir və hissiyat gedir. Bu cür isinmədən sonra soyuq havaya çıxmaq bədənin bəzi hissələrinin don vurmasına səbəb olur. Alkoqol sinir sisteminin soyuğu hiss etməsini yavaşladır.

, , ,