Sağlamlığınız və gözəlliyiniz üçün xeyirli yeməklər

Gözəl

Çoxumuz, görünüşümüz və vücudumuzdan narahat olana qədər nəticələrə baxmadan, bütün növ qidaları yeməyi arzu edirik. Meyvələr, tərəvəzlər, balıq və taxıl məhsulları nəfis qidalar arasındadır və gənclik iksiri kimidir.

xeyirli yeməklər
 

Kolrabi/Daş kələm

Sağlamlıq – Kolrabi kökləri antihemorragik xüsusiyyətləri olan K vitamini ilə zəngindir. O, damaqların qanamasının qarşısını alır və nəticədə periodontitdən qoruyur.

Gözəllik – Kolrabi suyun bədəndə paylanmasında məsul olan kaliumla zəngindir. Bədəndə suyun düzgün miqdarı onun möhkəmliyini təmin edir və möhkəm dəri sağlam gənclik görünüşü ilə əlaqədardır.

Cəfəri

Sağlamlıq – dəmir mənbəyidir. Bu vacib element bədənimizdə olmadan daim yorğun hiss edə bilərik. Dəmir çatışmazlığı zəifliyə, iştahın azlığına, qıcıqlanmaya və baş ağrılarına səbəb ola bilər

Gözəllik – Təzə cəfəri yarpaqlarında bədən üçün vacib olan az qala bütün vitaminlər var. Çiy yeyildikdə, sellülitin qarşısını alır.

 

Çiyələk

Sağlamlıq – O, bədəndə detoksikləşdirici təsiri olan meyvədir. Bu meyvə xolestrolu azaldır, eləcə də ürəyin funksiyasında müsbət təsirləri olur. Çiyələk xərçəng yaranmasının qarşısını alan kiçik qrup meyvələr arasındadır.

Gözəllik – Onda kalori azdır və onuı çox miqdarda yemək olar, əlavə olaraq çoxlu C vitaminindən, eləcə də dəmir, kaliumdan ibarətdir. Bu onu əla pəhriz qidası edir.

 

Kəpək çörəyi

Sağlamlıq – Bu çörək bütün B qrup vitaminlərindən ibarətdir. Sinir sistemimizin, eləcə də əzələlərin mükəmməl işləməsini onlara borcluyuq, onlar metabolizm funksiyasını inkişaf etdirir. Bundan əlavə, buğdalar bizi tac arteriyaların xəstəliklərindən və yoğunbağırsaq xərçəngindən qoruyan lif ilə zəngindir.

Gözəllik – Lif həzmi sürətləndirir, buna görə də zərif vücudu saxlamağa kömək edir. Bir dilim kəpək çörəyi bizə bir neçə saatlıq toxluq hissi verir ki, bu da pəhrizdə çox önəmlidir.

 
 
 

Qızıl balıq

Sağlamlıq – bu nəcib balıq sürətli absorbsiya edilən proteinlərin ən yaxşı mənbəyidir, eyni zamanda D vitaminin. D vitaminin sümüklərimizdə və dişlərimizdə olan kalsiumun miqdarını artırdığı üçün bunlar möhkəm olurlar.
Gözəllik - Möhkəm sümüklər düz onurğa və yaxşı duruş deməkdir. Yaxşı dişlər məhdudiyyətsiz olaraq gülməyimizə izin verir.

, , , , , , , ,