Soyuqdəymədən necə yayınmalı

Xeyirli

İmmunitetinizi artırın. Məsləhətimizi dinləyin və bütün qış boyu sağlam qalın.

Onu bilmək yaxşıdır ki, bəzi ekstrim situasiyalar istisna olmaqla bədənin immuniteti sizdən və onunla necə davranmaqdan asılıdır. Həyat tərzinizdən, yediyiniz qidadan, yatma vaxtından və məşqlərdən asılıdır.

Soyuqdəymə
 

1. Pəhrizinizə diqqət edin

Klişe səslənsə də, bədənin immunitetini qaldırmağın ən yaxşı yolu meyvə və tərəvəzlər yeməkdir. Onların tərkibində olan vitamin və mikroelementlər bakteriya və viruslarla mübarizə aparan ağ qan hüceyrələrini artırır. Anticisimlərin istehsalında vacib rolu olan, protein tərkibli qidalar da yeyin. Yeməklərinizə bir xörək qaşığı buğda rüşeymi və ya günəbaxan tumları əlavə edin – bu yolla, siz immun sistemini anticisimlər istehsal etməyə məcbur edən sitokinlərin artımını stimullaşdıracaqsınız.

2. Ürəkdən gülün

Güldüyünüz zaman, ciyərlərinizi 3 dəfə artıq hava ilə təmin edirsiniz, bədəninizi oksigenləşdirir və immun sistemini inkişaf etdirirsiniz. Stressi azaltmağı da öyrənin. İmmun sisteminin əsəb sisteminə bağlı olduğunu bilmək yaxşı olardı. Çətin vəziyyətlərdə, bədənimiz “stress hormonları” ifraz edir. Uzunmüddətli stress infeksiyalarla mübarizə aparan hüceyrələri zədələyə bilər. Biz stresli situasiyalardan yayına bilmərik, lakin depressiya və stressi azalda bilərik. Necə? Yoqa edərək, gəzərək, film izləyərək, qışqıraraq, yemək bişirərək, döşəməni yuyaraq, yerə uzanaraq və musiqi dinəyərək.

 

3. Orqanizminizi bərkidin

Gündəlik məşqlər vaksin kimi işləyir. Müntəzəm vaksinlər kimi, bu fəaliyyət də bacarıqla tətbiq olunmalıdır. Şok terapiyası arzulanan nəticənin əks effektini verə bilər.

 
 
Evin havasını yaxşı dəyişdirin. Açıq pəncərə olan yerdə yatın. Otaq temperatura 20 dərəcə Selsiyə çatanda – isidicini söndürün. Çox isti geyinməyin. Bədəni çox isitmək, çox soyutmaq qədər təhlükəlidir. Evdə olarkən, corablarınızı çıxarın və isti sviter əvəzinə qısaqol köynək geyin.

4. Alkoqol və tütündən kənar durun

Alkoqol A, C, E və B vitaminlərinin, eləcə də seleniumun səviyyəsini azaldaraq, sürətlə immun sisteminin işini zəiflədir. Siqaret çəkmək azad radikalların istehsalını artırır. Azad radikallara daimi izləmə bədənin müqavimət qüvvəsini həddindən artıq yorur. Siqaret çəkmək burun və boğaz epitelisini, eləcə də bakteriya qovan kirpikləri zədələyir. 

İmmuniteti artırmaq üçün vitamin və mikroelementlər:

  • Mis - immun sisteminin işini dəstəkləyir. Onu qoz-fındıq, balqabaq toxumları, şokoladda tapmaq olar.
  • Sink – onun köməyi ilə, sümük iliyində ağ qan hüceyrələri istehsal olunur. O, limfositlər istehsal edən timusun işinə nəzarət edir. Dəniz məhsullarında, ət və paxlalı bitkilərdə tapmaq olar.
  • A vitamini - Qanda onun az miqdarı timusun qısalmasına və ağ qan hüceyrələrinin azalmasına səbəb olur. A vitamini ətdə (xüsusilə qaraciyərdə), kərə yağı, üzlü süd və pendirdə olur.
  • Fol turşusu -Sümük iliyində ağ qan hüceyrələrinin istehsalına nəzarət edir. Paxlalı bitkilərdə, yaşıl yarpaqlı tərəvəzlərdə olur.
  • E vitamini - azad radikallara müqavimət göstərən müdafiə gücünü dəstəkləyir. Ən yaxşı mənbəyi günəbaxan tumları, yer fındığı (araxis), buğda mayası, bişmiş ispanaq, bitki yağları, balıq yağı, qoz-fındıq, yumurta, balıqdır.
, , , ,