Ürək üçün pəhriz

Xeyirli

Ürəyimiz çox işləyir, buna görə də onun qayğısına qalmaq və bunu necə effektiv etməyi bilmək vacibdir.

Ürək

Xolesterol– ürəyimizin düşməni

Bədənimiz öz xolesterolunun çoxunu qidadan alır. Onlar arteriya divarlarında formalaşır və arterioskleroz, koronar xəstəliyi və ya hipertoniyaya yol aça bilir. Ona görə də, fiziki məşğuliyyət və düzgün pəhriz gündəlik həyatımızda önəmli rol oynayır.

Ürəyimizə faydalı olan qidalar:

  • Meyvə və tərəvəzlər – gündə 5 dəfə. Gündəlik menyumuzda yarım kiloqram meyvə və tərəvəz olmalıdır. Onlar yalnız zəngin lif mənbəyi deyil, eyni zamanda antioksidantlardan (beta-karotin, C və E vitamini) ibarətdirlər.Onların tərkibində həmçinin, arterioskleroza yol açan maddələri həll edən fol turşusu və B qrup vitaminləri vardır. Ən yaxşıları, yaşıl yarpaqlı tərəvəzlər və sitrus meyvələridir.
  • Yağsız süd məhsulları – gündə 3-4 dəfə. Süd, yoqurt və kəsmik yağ toxumalarını yandıran və mükəmməl bədəni saxlamağa kömək edən kalsiumun ən böyük mənbələridir və bu, ürək xəstəliyi ilə bağlı tədbirlər görməkdə açar rolunu oynayır.
  • Yavan ət – 3 – gündə 3-4 dəfə. Mal əti, donuz əti və quzu ətinin tərkibində bədəndən xaric olunan, lakin bəzi hüceyrələrdə, xüsusilə arteriya və qan damarlarında toplanıb ürək-damar xəstəliyinə yol aça bilən sial turşusu vardır . Ona görə də, bu cür ətlərdən çəkinmək və yağsız ət yemək daha yaxşıdır. (məs: toyuq əti).
  • Taxıl məhsulları – gündə 4-5 dəfə. Tam taxıl məhsulları olmalıdır, məsələn, çovdar çörəyi, yarmalar, qəhvəyi düyü, myusli və yulaf unu, çünki bunlar liflə zəngindir. Lif qidadan xolesterol hissəciklərini absorbsiya edir və onların bədən tərəfindən udulmasının qarşısını alır.
  • Yağlı dəniz balıqları – həftədə 3 dəfə. Qızıl balıq əti, tuna və ya sardina balığı qanda triqliseridləri azaldan və anti-trombotik xüsusiyyətlərə malik omega-3 qrupu yağ turşuları ilə zəngindir.

Nə zərərlidir və özünüzə necə qayğı göstərməli

Ürək fiziki aktivliyin çatışmazlığından və xolesterolla zəngin pəhrizdən gərginləşir. Ürəyin vəziyyəti, həmçinin siqaret çəkməkdən və digər maddələrdən pisləşir. Diabet, piylənmə, hətta qrip və ya depressiya kimi xəstəliklər onu zəiflədə bilər. Xüsusi pəhrizlərə bağlanmaq bizi heyranedici nəticələrlə təmin etməyəcək, lakin sağlam həyat tərzi ilə birgə, o, qan dövranı sistemimizin funskiyasına yaxşı təsir edəcək. Ürək xəstəliyinin əsas səbəblərindən biri olan arteriosklerozun uzun müddətə, yavaş-yavaş və çox vaxt görünməyən simptomlarla inkişaf etdiyini xatırlamaq lazımdır.

, , , , ,