• nutrients

Hüquqi tərəvəzlər

Xeyirli

Tərəvəz sözünün mənbəyi barədə heç düşünmüsünüzmü? Hamımız bunu hər gün istifadə edirik - aydın və təbii görünür.

“Tərəvəz” sözü Azərbaycan dilində hələ qədim zamanlardan mövcuddur. Artıq X əsrdə və hətta ondan da əvvəl İran və Azərbaycanda çörəklə yeyilən bəzi göyərti növləri: keşniş, vəzəri, kəvər “tərə” adlandırılmışdı. “Tərə” sözü isə “təzə” mənası olan “tər” sözündən əmələ gəlmişdir.

İndi isə “tərəvəz” sözü şirəli hissələrinə görə yetişdirilən və qidada istifadə olunan ot bitkisini ifadə edir.

Hüquqi tərəvəzlər

Tərəvəzlər barədə ən az 4 mənada danışmaq olar:

  • Meyvə (botanika): çiçək verən bitkinin yumurtalığı
  • Meyvə (kulinariya): bitkinin yeyilə bilən, şirin dadlı hissəsi
  • Tərəvəz (kulinariya): bitkinin yeyilə bilən, acılı dadlı hissəsi
  • Tərəvəz (hüquqi): müəyyən qanunvericilikdə tərəvəz adı altında vergiyə cəlb olunan mallar.

vegetables

Ərzaq dükanında “meyvə” və “tərəvəz” sözləri bir-birini rədd edir. Meyvə adlanan bitki məhsulları heç vaxt tərəvəz adlanmır. “Meyvə” sözünün onun kulinariya mənasından fərqli olan və zəhərli meyvələri də ehtiva edən dəqiq botanik mənası var. Şaftalı, gavalı və portağal hər iki halda meyvə olduğu təqdirdə, tərəvəz olaraq bilinən – badımcan, bibər və pomidor – botanik olaraq meyvədir

Başqa dillərdə “meyvə” və “tərəvəz” adlana bilən kateqoriyaları olur, amma onların dəqiq mənası əsasən kulinariya adət-ənənəsinə bağlıdır. Misal üçün, Braziliyada avokado ənənəvi olaraq şəkərlə desert kimi və ya süddə yeyilir və kulinariyada meyvə olaraq sayılır, lakin digər ölkələrdə salatlarda istifadə olunduğu üçün tərəvəz hesab olunur.