• nutrients

Ənginar

Xeyirli

Aralıq dənizi reqionundan qələn və hal hazirda Avropa və Cənubi Amerikada becərilən çoxillik bitkidir.

100 qr ənginarda – 57 kilokalori

Ənginarın tərkibində sellüloza, dəmir, kalsium, kalium, fosfor, karotin və  B1, B2, PP, C vitəminləri var.

Ənginar necə yeyilir

Ənginarın yeməli hissələri  gülün dibi və yarpaqların ləti hesab edilir. Ənginarın qövdəsi və ucu kəsilir, üzərinə qaralmasının qarşısını almaq üçün biraz limon şirəsi sıxılır və 20 dəqidə ərzində duzlu suda bişirilir. Yarpaqların ləti zövgə uyğun olaraq sousa batırılaraq yeyilir; gülün dibi isə ənginarın ən ləzzətli hissəsi hesab olunaraq ayrıca, və yaxud salatlara əlavə olaraq yeyilir.

Ənginarın faydası

Ənginarda inulin kimi maddənin mövcüd olmasına görə onu şəkər xəstəliyi olan insanların qida rasionuna daxil etmək məsləhəttidir. Ənginar həmçinin qanda xolesterin və triqlitseridlərin səviyyəsini aşağı salan dərmanların istehsalında istifadə olunur. Ənginarın yarpaqlarında ciyərin və ödün funksiyasını qaydaya salan flavonoidlər var. Flavonoidlər həmçinin xərçəng xəstəliyin səbəblərindən biri olan sərbəst radikalların səviyyəsini aşağı salan güclü antioksidant hesab olunur.

Afrodiziak

Ənginarın müalicəvi xüsusiyyətləri artıq qədim zamanlardan bəri tanınmışdır. Bu bitki gülünün incə dibi kişilərin seksual problemlərini aradan götürmək üçün bişirilmiş halda və ya çiy çiy yeyilirdi.


Təbii kosmetika

Ənginar dəyərli bitki olduğu üçün kosmetika məhsulların istehsalında istifadə olunur. O, kosmetik süd, krem, tonik və üz maskaların tərkibində dəyərli  inqrediyent kimi istifadə olunur. O, dərini müdafiə edir, və həmçinin təmizləyici, dezinfeksiya edici və dərini dartma effektinə malikdir, iltihabi proseslərin qarşısını alaraq akne ilə mübarizə aparmaqda kömək edir. Ənginarın ağrıkəsici, antivirus və antiallerqik xüsusiyyətləri mövcuddur.

, , , , , ,