• nutrients

Qarğıdalı

Xeyirli

Bu bitkini yeməli dəni olan qıça üçün yetişdirirlər. Taxıl və düyüdən sonra ən vacib dən növü sayılır.

100 q qarğıdalı – 97 kkal

Onun tərkibində kifayət qədər  karbohidratlar, qida lifləri, protein, böyük miqdarda B qrupu vitaminləri və E vitamini, kalium, fosfor, maqnezium, dəmir, sink.

qarğıdalı

Cavanlıq eliksiri

Qarğıdalının tərkibində olan böyük miqdarda maqnezium, orqanizmin qocalma prosesi ilə bağlı olan çoxlu xəstəlikləri müşaiyət olan bu elementin catışmazlığını əla şəkildə bərpa edir. Qarğıdalının 150 qramı böyuklərin B1 vitamini tələbatının təxminən 25%-i qarşılayır. Onun tərkibində həmçinin aparıcı anti-toksin olan E vitamini var ki, bu vitamin skleroza qarşı qoruyur. Qarğıdalını gündəlik menyuya daxil edilməsi ürək xəstəliyi və xərçəng riskini azaldır. Qarğıdalıda olan karbohidratlar piy yığınlarını yaratmadan orqanizmi enerji ilə təmin edir.

İncə və sakit

Qarğıdalı anti-stress effektinə malikdir. O, B qrupu vitaminlərlə, xüsusən əsəb sisteminin, əzələlərin, ürəyin düzgün fəaliyyətinə və qırmızı qan hüceyrələrinin yaradılmasına müsbət təsir edən B1– lə zəngındir.

B qrupu vitaminlərlə

Qızıl dolu

Qarğıdalı Mərkəzi Amerikadan gəlib və ehtimala görə, artıq eramızdan təxminən 7000 il əvvəl becərilirdi. O, mayya, astek və inkaların əsas yeməyini təşkil edirdi. Qarğıdalı onların mədəniyyətinin bir hissəsi idi. Astek əfsanəsinə görə Günəş tanrısı insanları yedirmək üçün onlara qızıl dolu, yəni qarğıdalını göndərmişdi.
Yeni Dünyadan digər şeyləri kimi qarğıdalını da Avropaya Kolumb gətirmişdi, Əvvəlcə onu “Hindu buğdası” adlandırırdılar. Fransızlar və italiyalılar qarğıdalını 16-cı əsrdə becərməyə başlamışdılar. İspanlar və portuqaliyalıların sayəsində qarğıdalı Afrikaya da gətirilmişdi. Əvvəllər qarğıdalı elə də populyar olmayıb, onun ancaq unu qiymətləndirilirdi. Yalnız 19-cu əsrdə qarğıdalı kütləvi miqyasda becərilməyə başlamışdı.
Bu gün, qarğıdalı mətbəxdə geniş istifadə olunur. Qarğıdalı unundan çörək və pirojna, həmçinin italyan polentası bişirmək üçün istifadə edilir. O, həmçinin meksikan tortilya, tako və ençiladaların əsasıdır. Qarğıdalı salatlara əlavə olunur, süfrəyə isti verilir, həm də ət yeməkləri ilə yaxşıdır. Biz onu tez-tez pop korn və ya çəngələr  formasında yeyirik. Bundan başqa, qarğıdalı burbonun istehsalı üçün istifadə edilir.

Gündə 300 milyon

Bu hər gün Meksikada yeyilən tortilyaların (qarğıdalı kökələri) sayıdır!  İldə isə bu rəqəm 100 milyarddan çox yeyilən tortilya təşkil edir!

tortilyaların

Bağçadakı ilahə

Amerika hinduları qarğıdalını paxla və balqabaqla bərabər kənd təsərrüfatının bir ilahəsi hesab edirlər.

Qarğıdalı onların mədəniyyətində geniş yer tapıb:

  • dənələr – yemək, yağ, alkohol hazırlamaq üçün və bəzək kimi istifadə olunur,
  • yarpaqlar – döşəyin içi kimi, kukla və mokasin düzəltmək üçün,
  • ölülər üçün – Əbədi Ov Yerlərinə yola salmanın bir hissəsi kimi.


Bilirdinizmi ki, Meksikada və İspaniyada tortilla tamamilə ayrı-ayrı şeylərdir?
Meksika tortillası qarğıdalıdan hazırlanan yastı çörək olduğu halda İspaniya tortillası əsasən soğandan:





, , ,