Yaşıl noxud

Xeyirli

Sarmaşan və ya sürünən birillik qabıqlı bitki; yeməkdə yaşıl toxumları istifadə olunur

100 qr yaşıl noxud – 79 kkal

Proteinin, karbohidratların, qida liflərinin, dəmirin, kaliumun, fosforun, sinkin, C vitaminin, B qrupu vitaminlərinin əla mənbəyidir.

green-pea

Yaxşı forma

Yaşıl noxud xolesterinin səviyyəsini aşağı salır, xərçəng xəstəliyinin qarşısını alır və sümüklərimizə xeyirli təsir göstərir.

Möhkəmləndirir və qoruyur

Uşaqlığımızın sevimli  tərəvəzi olan yaşıl noxud, nəinki son dərəcədə dadlıdır, həm də elementlərin unikal kombinasiyasına malikdir. B1, B2, B6 və C vitaminlərilə dəmirin kombinasiyası sayəsində yaşıl noxud yorğunluğu, anemiyanı, öyrənmə problemlərini, immun sisteminin pozuntularını müalicə edir.

green-pea2

Kralların favoriti

Yaşıl noxud qədim zamandan tanınmış tərəvəzlərin qrupuna aiddir. O, Yaxın Şərqdə və Balkanlarda “əhliləşdirilmiş” ilk tərəvəzlərdən biri olmuşdu. Yaşıl noxuddan 16-cı əsrə qədər qurudulmuş toxumlar formasında istifadə edilmiş, sonra isə italyan bağbanlar çiy şəkildə yeməyə yararlı sortları yetişdirmişdi. XVI Lüdovik noxudu çox xoşlamış və onu Versal bağlarında becərmək əmri vermişdi.

Noxud və Prezident

Yaşıl noxud Tomas Cefersonun sevimli tərəvəzlərindən biri idi. Hər il o, bu tərəvəzin ən erkən məhsulu üzrə yarış keçirirdi. Müsabiqənin qalibi iştirakçıların qalan hissəsini dəvət edib elan edərdi ki, noxud yemək üçün hazırdır.

green-pea3

Alimin köməkçisi

Q. Mendel noxud sayəsində genetika qanunlarını kəşf etmişdi.

Konserv bankasında pioner

Yaşıl noxud konserv bankasında qablaşdırılan ilk tərəvəz olmuşdu.




Yaşıl noxudlar sayəsində genetika qanunlarını kim kəşf edib?





, , , ,