Qidalanma üzrə tərəvəzlər ensiklopediyası

Xeyirli

Hər bir tərəvəzin öz sirrləri var. Hər tərəvəzin qidalandırıcı dəyəri və sağlamlığa göstərdiyi təsir müxtəlifdir. 60 tərəvəz haqqında maraqlı, faydalı və gözlənilməz məlumatları əldə et. Sirrsiz tərəvəzlər dünyasına daxil ol.

Tərəvəzlər haqqında bir neçə faktı bilmək çox önəmli ola bilər. Biz bir çox tərəvəz haqqında məlumatlar təklif edirik. Konservləşdirilmiş və dondurulmuş tərəvəzlərin istehsalı üzrə tanınmış Bonduelle sizinlə paylaşa biləcəyi çoxlu biliklərə malikdir.

Qarğıdalının nə üçün bir çox mədəniyyətlərdə xüsusi önəm daşıdığını və yaşıl noxudun məşhur olma səbəbini kəşf edin.




Meksikada əfsanəvi tərəvəz hansıdır?





  • Tərəvəzlər haqqında mə’lumat – tərəvəz haqqında daha ətraflı və hərtərəfli mə’lumat, dünya məşhurlu mütəxəssis tərəvəzlər haqqında öz biliyi ilə paylaşır…
  • Tərəvəzlər haqqında son xəbərlər – Son xəbərləri izləmək vacibdir…
  • Bunu bilirdinizmi… Maraqlı faktlar haqqında örgənin və əldə etdiyiniz mə’lumatla başqaları ilə paylaşın.
  • Faydalı mə’lumat – sağlam qida insan saqlağmlığına müsbət tə’sir göstərir və xəstəliklərdən qoruyur

Tərəvəzlər sağlamlığa müsbət tə'sir göstərir

Tərəvəzlər sağlamlığa müsbət tə’sir göstərir

Tərəvəzlərlə zəngin olan qida insan orqanizmini goruyur, xəstəliklərin qarşısını alır və  sağlamlığı yaxşılaşdırır. Tərəvəzlər insan orqanizmini həyatımız üçün çox əhəmiyyətli olan qida maddələr ilə tə’min edir; onlar vitaminlər ilə, xüsusi ilə orqanizmin müqavimətini və sağalma proseslərini yaxşılaşdıran C vitamin ilə zəngindir. Tərəvəzlər həmçinin bioloji maddələr və B grup vitamənləri ilə, xüsusi ilə hamilə qadınlar üçün çox vacib olan foliy turşusu ilə zəngindir. Onlar kaliy ilə çox zəngindir,  tərkibində natriy isə çox azdır. İnsanların əksəriyyəti xörək duzu ilə həddindən artıq natriy qəbul edir; kaliy isə bədənimizdəki natriy səviyyəsini tarazlaşdıraraq hipertenziya riskini azaldır. Tərəvəzlərin tərkibində həmçinin həzm prosesi və ümumi sağlamlıq üçün çox faydalı olan sellüloz var. Tərəvəzlər kalori diagrammalardan gördüyünüz kimi, onların tərkibində az kalori və yağlar var;  beləliklə, onlar bir çox pəhrizlərin  əsasını təşkil edir. Çox miqdarda tərəvəzlər istifadə etdikdə biz ət kimi protein ilə zəngin olan başqa yeməklərin miqdarını azalda bilərik. Tərəvəzlərin libido səviyyasini artırma keyfiyyəti də çox vacibdir; onlar çox vaxti təbii afrodiziyak hesab olunur.

Tərəvəzlər sağlam, dadlı və asan bişirilən qidadır

Tərəvəzlər sağlam, dadlı və asan bişirilən qidadır

Mağazaya və ya bazara tərəvəzlər almaq üçün qedəndə, tərəvəzlərin rənqarənqliyi və forma çeşidi bizi valeh edir: tünd badımcan, sarı tsukkini  və ya qırmızı pomidor…. Adam onları elə həmin an hazırlayıb yemək istəyir. Bildiyimiz kimi, tərəvəzlər sağlamlıq üçün faydalı olduğuna ğörə yeməklərdə çox istifadə olunur; onlardan bir çox zapekanka, buxarda hazırlanan xörəklər, və yaxud balıq, ət və toyuq yeməkləri üçün qarnir hazırlanır. Onlar həmçinin veqetarian pəhrizlərində vacib yer tutan qoz və ya dənli bitkilər ilə yaxşı uyğunlaşır.

Tərəvəzlərdən yeni yeməklərin hazırlaması bizə həmişə yeni kulinar təcrübəsini bəxş edir. Ondan əlavə, düzğün hazırlandıqda, tərəvəz yeməkləri bizə ğözəl qörünuş, dad və qoxu bəxş edir. Təzə tərəvəzlər az bir müddətdə hazırlanmalıdır – bu, onları vitamin itkisindən qoruyur. Onlar bütün faydalı maddələri qorumaq məqsədi ilə təzə-təzə çiy və ya minimal bişirilmiş halda yeyilməlidir. Tərəvəz xörəkləri bişirmək üçün az vaxt tələb olduğuna görə, onlar vaxtı məhdud olsan insanlar üçün çox əlverişlidir. Tərəvəzlər asan hazırlandığı üçün onlar yeniyetmələri  mətbəxdə eksperiment aparmağa stimullaşdıran ideal bir qidadir.

Təzə və ya dondurulmuş? Dondurulmuş tərəvəzlər sağlamlıq üçün eyni dərəcədə xeyirlidirmi? Tərəvəzlər öz qida dəyərini dondurulmuş və konservləşdirilmiş şəkildə qoruyub saxlayır. Dondurulmuş tərəvəzlər vitaminlər ilə zənqindir və təzə tərəvəz ilə qarışdırıla bilər, məsələn, yağda qızardılan xörəklərdə. Konservləşdirilmiş tərəvəzləri istifadə etmək asandır, və xörəkləri dəyərli sellüloz ilə zənğilləşdirir. Konservləşdirilən pomidorun tərkibində  anti-kanseroqen təsirinə malik olan likopen vardır. Konserv hazırlanma tarixini bilmək istəyirsinizmi?

Kulinariya səyahətləri

Kulinariya səyahətləri

Əksəriyyətimiz yalnız bir neçə cür adi tərəvəzlərdən istifadə edir, amma yeni bir seyi dadmağa həmişə dəyər. Şirəli yarpaqlar, incə zoğlar, gövdələr və budaqlardın cürbəcürlüyünü aşkar edək  və müxtəlif dünya mətbəxlərə aid olan reseptlərdən yararlanaq, çünki  tərəvəzlər bütün dünyada qidanın əsasını təşkil edir. Bütün dünyada insanlar tərəvəzləri hətta hava şəraiti süfrəyə tez-tez təzə tərəfəzləri verməyə imkan verməyəndə yeyir. Skandinaviyalılar tərəvəzləri turşuya və ya marinada qoymaqa xoşlayır; İtalyan mətbəxində daimi pomidordan işlənir, Yunanlılar isə coxlu miqdarda zeytun yağından istifadə edirlər. Amerikan mətbəxində qarğıdalı və ya balqabaq kimi tərəvəzlər çox vacib rol oynayır. Çin mətbəxində bizdə populyar olmayan şərqə məxsus tərəvəzlər zəruri rol oynayır.

Dəyanətli insanlar üçün tərəvəzlərdə naxış açma üsulu

Çox adam bilmir ki, tərəvəzlər ….naxiş açma üçün ideal bir materialdır. Bu sənət Çin imperatorların həyətlərində doqquzuncu əsrdən bəri istifadə olunub. Bu gözəl sənət nəticəsində  tərəvəzlər valehedicil sənət əsərlərinə çevrilir. Belə bir naxışlı tərəvəz həmçinin toy və başqa məclisdərdə orijinal və gözəl hədiyyə kimi istifadə oluna bilər, çünki o, güllərdən daha uzun ömürlüdür.

Faydalı qidalan və sağlam həyat tərzi sür

Faydalı qidalan və sağlam həyat tərzi sür

Sağlam pəhriz özümüzə olan imamı artırır: biz daha yaxşı görünürük, özümüzü daha yaxşı və enerjili hiss edirik. Diyetoloqların fikirləri və qida meyilləri daimi dəyişir, amma sağlam qida prinsipləri hər zaman eyni qalır. Biz ğün ərzində ən azi  5 dəfə meyvə və tərəvəz yeməliyik. Heç bir qida meyvə və tərəvəzlərə üstün ola bilməz, cünki onlar sağlamlığımız üçün əvəzolunmazdır.  Onlar qidamızı fərqli edir; orqanizmi vitamin, mikroelement, faydalı maddələrlə və sellüloza ilə tə’min edir. 21 əsrdə hansı tərəvəzlər daha populyar olacağı haqqında heç düşünübsünüzmü?  Biz xüsusilə yüksək qida dəyəri olan kələm ailəsinə aid olan tərəvəzlərin daha populyar olacağını əminliklə deyə bilərik.

Gəlin təbiyətin bu ne’mətlərindın hər ğün istifadə edək! Bununla biz sağlamlıq və normal çəkinimizi  əldə etmiş və özümüzü ciddi xəstəliklərdən qorumuş olarıq.

, , ,