• nutrients

Kahı

Xeyirli

Aster ailəsinə mənsub, yarpaqlarına görə yetişdirilən birillik bitki. Kahının müxtəlif quruluşda və fərqli rənglərdə yüzlərlə növü mövcuddur. Ona şimal yarımkürəsində rast gəlmək olur.

Kahı
 

100 qr kahı – 12 kkal

Tərkibində lif, kalium, fosfor, kalsium, dəmir, sink, vitaminlərdən- C, B1, B2, B5, B6, PP, E, və pro-vitamin A vardır.

Yaşıl səkitləşdiricidir

Maqnezium, xrom və fol turşusu tərkibinə görə sakitləşdirici, yuxu gətirici və anti-depressiv xüsusiyyətləri var.

 

Ürəyi qoruyur
Kahı nəinki bizi sakitləşdirir, həmçinin tərkibindəki maddələr effektiv olaraq ürəyimizin qayğısına qalır.
 
 

Səcdəgaha ucaldılmış tərəvəz

Deyilənə görə, kahı Avropa, Asiya və Şimali Amerikada tapılan acı yarpaqlı yabanı növlərdən yetişdirilmişdir. O, 4500 il eramızdan əvvəl toxumlarındakı yağlara görə becərilib. Farslar ilk dəfə onun yarpaqlarından faydalanmışdır, Romalılar isə onun terapevtik xüsusiyyətlərinə inanırdılar. Maraqlı olan isə odur ki, – Sezar Avqust bu bitki üçün səcdəgah ucaltmışdır.

Uğur yetişdirin Çində, kahı yetişdirməyin uğur gətirdiyinə inanılır. O, süfrələrə xüsusi günlərdə- ad günləri, Yeni ildə qoyulur.

, , ,