• nutrients

Soğan-kəvər

Xeyirli

Hələ qədimi Misir, Yunanıstan və Romada becərilmiş soğan fəsiləsinə aid olan ikiillik bitki.

Leeks are used to treat rheumatism and work as diuretic and stimulate lactation.
 

100 qr soğan-kəvərdə – 47 kilokalori

Soğan-kəvərin tərkibində karotin, fosfor, kalsium və A, E, B1, B2, C vitaminləri var.

Soğan-kəvər revmatizmin və başqa xəstəliklərin müalicəsində

Soğan-kəvərdən revmatizmin müalicəsində geniş istifadə olunur. O, sidikqovucu effektinə malikdir və laktasiyanı stimullaşdırır. Zəngin mineral tərkibinə görə soğan-kəvərin yüksək qida dəyəri vardır. Tərkibində olan dəyərli vitaminlərə görə o, həzm problemlərin həlli üçün tövsiyyə edilir. Soğan-kəvər təmizləyici effektə malikdir və orqanizmdən toksinləri və zərərli maddələri xaric edir. O, həmçinin soyuqdəymə ilə mübarizə etmək və müqaviməti artırmaq üçün istifadə edilir. Onun tərkibində dəyərli, gözəl antiseptik tə’sirə malik olan yağlar var.  

 

Qədim vaxtlarda soğan-kəvər sevilirdi

Qədim dünyada soğan-kəvər yaxşı tanınırmış və gündəlik olaraq Nero və Aristotelin süfrəsində olurmuş. Onların ikisi də deyirdi ki, soğan-kəvər onların səslərini gücləndirir və gür edir.

 

Leeks, due to high minerals content and have good nutritional values.

Soğan-kəvər günü

Martın 1-ri Uelsdə onu havadarlıq edən müqəddəs Davidin xatirəsini yad edirlər. Müqəddəs Davidin rəmzi soğan-kəvər sayılır. Soğan-kəvər həmçinin Uelsin camaatı üçün mərdliyi təcəssüm edir, çünki  yenilməz  Uels əsqərləri Saksonların əleyhinə olan tarixi döyüşdə iştirak edəndə silahlarına uğur üçün soğan-kəvər bağlayırdılar. Həmin gün Uelsin camaatı soğan-kəvərdən yeməklər hazırlayır və hətta ondan  bəzək üçün istifadə edirlər. Soğan-kəvər salatlar, çorbalar və yaxud ət yeməklərində çox ləzzətli olur – onu buxara verilmiş və ya suda bişirilmiş  halda yeyirlər.

 

Soğan-kəvərin populyarlığı

Soğan-kəvər Hollandiyada çox populyardır. O, orada hər gün yeyilir. Hollandların  çox ləzzətli yeməklərindən biri buxara verilmiş soğan-kəvərdir.

 

, , , , , ,