Pomidor

Xeyirli

Bütün coğrafi enliklərdə yetişdirilir, qiqant ölçüdən kiçik ölçülərə qədər - böyürtkən boyda, yumru, uzunsov, kəsik, armudvari formalarda, qırmızı, çəhrayı və ya sarı rənglərdə olur.

Tomatoes contain valuable fibers

100 qr pomidor – 19 kkal

Tərkibində dəyərli lif, kalsium, kalium, fosfor və iri miqdarda A, B, C və E vitaminləri var.


Ailə həkimi, şəxsi fitnes

Pomidorun təkcə ürək, böyrəklə bağlı terapevtik effektləri deyil, eləcə də dərini cavanlaşdırma xüsusiyyətləri sübut olunmuşdur.

Kütlələrin sevimlisi

Dünyada ən çox istifadə olunan tərəvəzlərdən biridir. Çiy halda yeyilməsi daha şəfalıdır. Amerika pəhriz mütəxəssislərinə görə, gündəlik bir stəkan pomidor şirəsi sağlamlıq, gözəllik və gənclik qarantıdır. Çəki itirmə pəhrizlərində, diabetin və böyrək xəstəliklərinin müalicəsində tövsiyyə olunur.

Onları yetişmiş halda xoşlayacaqsınız

Dəymiş pomidorların rəngi likopenə görə qırmızı olur. Bu təbii piqmentin anti-skleroz və anti-xərçəng (xüsusilə, prostat xərçəngi) təsirləri var. Sup və ya sous halında daha asan mənimsənilir.

Sevgi alması

Pomidor Avropanı fəth edərkən, afrodiziak hesab olunurdu. Fransızları onu “pomme d`amour” – “sevgi alması” adlandırmışdır.
Tomoto is recommended in slimming diets

Sirli Latino

Pomidorun vətəni Cənubi Amerikadır. Avropaya 16-cı əsrdə gətirilib. İlk əvvəllər, zəhərli olduğu zənn edildiyi üçün, dekorativ bitki kimi yetişdirilmişdir. İtalyanlar ilk olaraq onun dadını kəşf etmişdir, lakin 18-ci əsrin sonlarına qədər süfrələrdə deyil, cadugərlərin qazanlarında olmuşdur. İtalyan və Fransız emiqrantları onu ABŞ-a aparmışdır.

La Tomatina
La Tomatina – hər ilin sonuncu çərşənbə günündə Valensiya yaxınlığında Bunyol adlı kiçik şəhərdə pomidor döyüşü olur. Bu bir həftəlik bayramın son günüdür. Döyüşdən bir gün öncə gecə yük maşınlarına pomidorlar yığılır və saat 11:00 da qəsəbənin mərkəzi meydanına gətirilir. Festivalın sahibləri 2 saatlıq “qanlı” döyüşü başladır. Döyüşdən sonra biri çayda çimir, digəri isə yerli şərabla paelya yeyir.

, , ,