• nutrients

Balqabaq

Xeyirli

Balqabaq bir neçə min il bundan əvvəl becərilməyə başlanan bitkidir. O, başlanğıcını Amerikadan qötürüb və hal hazırda onun 20 müxtəlif növləri mövcuddur.

Pumpkins are rich in minerals salts and vitamins and also quickens digestive process.
 

100 qr balqabaqda – 19 kilokalori

Balqabağın tərkibində sellüloza, protein, karotin, kalsium, dəmir, maqnezium, fosfor və həmçinin , A, B1, B2, PP və C vitaminləri vardır.

Arıxladan balqabaq

Tərkibində çoxlu sellüloza və su olduğu üçün balqabaq çox vaxı arıxlama pəhrizlərində istifadə olunur. O, həzm proseslərini yaxşılaşdırır, toksinləri və başqa zərərli maddələri xaric edir və orqanizmdəki su mübadiləsini qaydaya salır.

Dəyərli tərkibli balqabaq

Balqabağın tərkibində dəyərli mineral duzlar və vitaminlər var. Balqabağın içində həmçinin çox dəyərli olan tumlar vardır. Tumların tərkibində protein, omeqa-3 yağlı turşular, selen, maqnezium, sink, C vitamini və B qrup vitaminləri vardır. Onlar həmçinin sidik yollarının infeksiyası müalicəsində kömək edir və sidikqovucu effektə malikdir. Balqabaq tumları iltihabi proseslərlə mübarizə aparır, ödqovucu və antiparazitar effektə malikdir.  

 

Nəhəng balqabaqlar

İsveçrədə hər il  ən böyük balqabağı seçmək məqsədilə yarışş aparılır. İldən ilə yarışda iştirak edən balqabaqların ölçüsü böyüyərək artıq 450 kiloya çatıb.

 

Pumpkins are used as slimming diets as it contains large amounts of cellulose and fibers.

 
Kelt festivalı

Hər adam bilmir ki, bu gün populyar olan Amerikan Heloyin festivalı 31 oktyabr tarixində bütün müqəddəslər gününü qeyd edən Keltlər tərəfindən təşkil olunmuşdu. Onlar inanırdılar ki,  ölülərin ruhları həmin gün yaşıyan insanların bədənlərinə qayıdırdılar və bu səbəbdən bayram ərəfəsində iblisləri qorxutmaq məqsədilə maskalar və kostyumlar geyinirdilər. Yandırılmış tonqalcıqların qabağında rəqs etməklə onlar inanırdılar ki, ölülərin ruhlarını hürküdüb qaçırırlar. Festival Amerikaya XIX əsrdə irlandiya immiqrantları tərəfindən qətirildi.

, , , , , ,