• nutrients

Qabıqlı lobyalar

Xeyirli

Uzunsov lobyalar, yaşıl və ya sarı, bir-birlərinə bağlıdırlar. Onların dadları və qida elementləri çox oxşardır.

String Beans reduces risk of heart attack
 

100 qr uzunsov lobya – 24 kkal

Tərkibində fol turşusu, minerallar, fibra, sink, kalium, pro-vitamin A, vitamin C və E vardır.
 

Çox fərqli

Əlavə olaraq, hazırlanması (qabıqlı) onları digər növ lobyalardan fərqləndirir.

Gözəlliklə əhatələnmək
Tərkibində xeyli miqdarda C vitamin, pro vitamin A, B qrup vitaminləri, E vitamin, fol turşusu, minerallar və pəhriz fibrası vardır. C, A, E vitaminləri və sink azad radikallara qarşı efektivdir və bədənimizi sağlam və gənc görünüşlü edir.

Sağlam ürək

Uzunsov lobyadakı fibra, fol turşusu, maqnezium və kalium kombinasiyası infarkt riskini azaldır.

Gənc və zərif

Əvvəllər, yalnız toxumları yeyilirdi. Gənc lobya qabıqlarının istifadəsinə İtalyanlar tərəfindən başlanılmışdır. ( 17-ci əsrdə) . Onlar gənc lobyaları toplayarkən, hər 24 saatda nəzarət edirdilər ki, bitki tam yetişməsin. Zaman keçdikcə, əkinçilər Fransız lobyası adlanan nəfis qabıqlı lobya növləri yetişdirdilər.

Yağlı lobya

Sarı lobya Fransızlar tərəfindən rənginə və ağızda asanlıqla əridiyinə görə yağlı lobya adlanmışdır.
 
Lobyalar
 

İdeal vücudunuz üçün

Sarı və yaşıl lobyalar yeyilə bilən qabıqlarına görə yetişdirilir. Onlar dietik mətbəxin əsas elementidir. Onlar digər lobyalar kimi proteinlə zəngin deyil, lakin daha çox vitamindən ibarətdirlər. Quru lobyalardan fərqli olaraq, onların tərkibində fibra azdır, həmçinin kalorisi aşağıdır və asanlıqla həzm olunurlar. Gəlin, uzunsov lobyalardan yeyək və vücudumuz onlara oxşasın.

, , , ,