• nutrients

Soya

Xeyirli

Toxumlarına və zoğlarına görə yetişdirilən birillik bitki.

Soya

100 qr – 381 kkal

Proteinin ən yaxşı mənbəyi, həmçinin tərkibində kalium, maqnezium, fosfor, kalsium, dəmir, E və B6 vitamini var.

Ürək döyüntüsü

Bu bitkini yemək ürək sağlamlığı üçün xeyirlidir. Həkimlər hər gün, soyadan hazırlanmış məhsulların verdiyi 25 qr protein yeməyi tövsiyyə edir. Soya proteinləri əsasında (yağlar istisna olmaqla) olan pəhriz ürək xəstəliyi riskini azaldır.


Qliserin – maksimum qadınlara

Soya (Glycine max) tərkibində fitoestrogen olduğu üçün qadınlara tövsiyyə olunur. Soyadan hazırlanan məhsulları yemək heç bir yan-təsiri olmadan menopauzanın simptomlarını zəiflədir. “Soya istehlakçıları” mədəni dərnəyindən olan qadınlar üzərində aparılan tədqiqat həmin qadınlarda daha az döş xərçənginə rast gəldiyini göstərir. Xüsusilə qadınlarda, bu bitki xolestrol səviyyəsini azaldır və sümük kütləsini artırır.

Tərəvəz buqələmunu

Soyadan hazırlanan məhsulların çoxluğu heyranedicidir.
Bunlar:

  • süd,
  • sous,
  • tofu,
  • miso,
  • əriştə,
  • yağ,
  • un.
 

Yapon bağında casus

Soyanın vətəni Asiyadır. 3000 il eramızdan əvvəldən burada yetişdirilir. Bu bitkinin toxumları və onların tətbiqləri Avropaya 17 əsrdə Holland Şərqi Hindistan Kampaniyasında işləyən alman alimi və səyahətçisi Engelbert Kaempfer tərəfindən gətirilib. Təsdiqlənməmiş mənbələr iddia edir ki, həmin alim Yaponiya barədə və maraqlı botanik nümunələr haqqında informasiyanı rüşvətlə və öz qulu ilə xüsusi razılaşmalarla əldə edib.

 

 

, , , , ,