• nutrients

Ispanaq

Xeyirli

Yaşıl yarpaqlarına görə becərilən tərəçiçəklilər fəsiləsinə aid olan birillik bitki.

100 qr ispanaqda – 17 kilokalori

Tərkibində sellüloza, kalium, kalsium, fosfor, maqnezium,  natrium, dəmir, sink, manqan, ftor, C, B1, B2, B6, PP, E, K kimi vitaminlər, foliy turşusu və provitamin A vardır.

spinach2

Təhlükəsiz dəmir mənbəsi
İspanağın tərkibində olan dəmir təhlükəsiz təbii formadadır. Mə’lumdur ki, dəmiri farmokoloji formada qəbul edəndə, onu dozadan artıq qəbul etmək e’timalı ortaya çıxır, bu isə xüsusilə uşaqlar üçün olduqça qorxuludur.

Güvvə mənbəsi

İspanaq dəmirin zəngin mənbəsidir. Dəmir bədənimizin bütün hüceyrələrinə oksiqen daşıyan hemoqlobinin tərkib hissəsidir, o, enerji istehsalı və maddə mübadiləsinin işı üçün zəruridir. Qadın, uşaq  və böyüyən yeniyetmələrə xüsusilə tövsiyyə olunur.

Güclü sümüklər
İspanağın tərkibində sümüklərimizin güclü olmasında böyük rolu olan rekord miqdarda vitamin K vardır.

spinach3

Cizgi filmindən konserv bankası

İspanaq bizə İrandan gəlib. Mavrlar onu 9-cu əsrdə Avropaya gətirib. O, cox yavaş bir sur’ətdə tərəfdarlarını qazanıb, və ikinci Dünya müharibəsindən sonra Amerikalılar onu reklam edəndən sonra cox populyar olub. Bu tərəvəzin elçisi cizgi filmin personajı Dənizçi Popeye olub – onun əli altında həmişə ispanaq konserv bankası olub. O, həmişə onu birnəfəsə boşaldaraq öz düşməni ilə döyüşməyə başlayırdı, və, şübhəsiz ki, bu döyüş həmişə Popeyenın uğuru ilə nəticələnirdi.

spinach4

10 dəfə artıq…

Mə’lumdur ki, ispanaq tərkibində dəmir cox olduğuna görə məşhurdur. İspanağın tərkibində olan dəmirin miqdarına aid birinci hesablamalar 19-cu əsrdə doktor E. von Volf  tərəfindən aparılıb. Doktor Volf  vergül işarəsini qoymaqda…. səhv buraxıb. Əslində ispanağın tərkibində doktor Volfun verdiyi mə’lumatda göstərilən miqdardan 10 dəfə çox dəmir vardır. Bu səhv yalnız 1937 ildə aşkar olundu. İspanağı çox sevən insanlar üçün yaxşı xəbər – ispanağın tərkibində çox miqdarda dəmir olduğundan başqa, həmçinin küllü miqdarda C, E vitaminləri,foliy turşusu,sink, maqnezium və kalium vardır.

Son zamanlar ispanaq daha da məşhurlaşıb.

Təzə ispanaq yarpaqlarından çox yüngül və qidalı salatların alt bəzəyi kimi istifadə olunur. İspanaq digər tərəvəz, meyvə, pendir və ət növləri ilə əla vəhdət təşkil edir.

Dondurulmuş ispanağa əla smuzi inqrediyenti kimi həvəs günü-gündən artmaqdadır.




İspanaq son dərəcə qidalı tərəvəzdir. “Günə 5 tərəvəz” normasını bir yeməkdə təmin etmək üçün neçə fincan təzə ispanaq içmək lazımdır?





, , , ,