• nutrients

Xiyar

Xeyirli

Balqabaq ailəsindən olan birillik bitki, uzunsov meyvəsinə görə yetişdirilir.

Cucumber Vegetables helps lowering blood pressure

100 qr xiyar – 15 kkal

Tərkibində 99% su, kalium, fosfor, kalsium, maqnezium, dəmir, sink, C, B1, B2, B6, PP, E vitaminləri və pro-vitamin A vardır.

Su topu

Xiyar bədənimiz üçün təbii “rütubətləndirici”dir və ən çox cildimizə faydası var. Kalium tərkibinə görə, xiyarın təmizləyici və qan təzyiqini azaltma xüsusiyyətləri var.

Gözəl gözlər

Xiyardan üz maskası kimi də istifadə etmək olar, çünki o, dərini təmizləyir və yumşaldır, şişkinliyi və gözaltı kölgələri yox edir.

Cucumber is a natural humidifier in our body.

Sulandırıcı ləzizlik

3000 ildir tanınan ən qədim bitkilərdən biri. Vətəni Hindistandır. Qədim Romada delikates kimi məşhur idi. Xiyar Şimalı Avropada (Fransa) 9-cu əsrdə yetişdirilməyə başlanmışdır. Amerikaya İspanlar tərəfindən aparılmışdır. 19-cu əsrdə onu çiy şəkildə yeməyə başlamışlar. Hazırda, salatlarda, dadlandırıcılarda, sendviçlərdə istifadə olunur. Sukkini kimi onu da isti şəkildə hazırlamaq olar. Xiyar turşusu Şərqi Avropa mətbəxinin dadlı delikatesidir.

Təravətləndirici
Xiyardan barmenlər də istifadə edir. “Bloody Mary” (Qanlı Meri) üçün bəzək, eləcə də həm alkoqollu, həm də alkoqolsuz içkilər üçün inqredient kimi istifadə olunur. Məsələn: alkoqollu içkilərdən xiyar, limon və nanəli soyuq vodka, alkoqolsuz içkilərdən buz və limon, xiyarla qarışdırılmış şəkərli sərinləşdirici su.

, , ,