[-Cookie-Məxfilik siyasəti-Başlıq-]

Saytın əsas istifadə qaydaları və müddəaları

Bu istifadəçi razılaşması (bundan sonra “Razılaşma”) fiziki və hüquqi şəxslər tərəfindən Bonduelle şirkətinin https://bonduelle.az domen ünvanında yerləşən veb saytının istifadə şərtlərini müəyyən edir.

Saytda giriş əldə edən və ondan istifadə edən zaman istifadəçi bu müddəaları qəbul edir

İstifadəçi saytın Administrasiyası ilə razılaşdırmadan marketinq məqsədləri və ya digər məqsədlərlə saytı ziyarət edə, ondan istifadə edən, saytda olan məlumatları yükləyə və hasil edə, surətini çıxara və/və ya digər yolla yaya bilməz.

Saytdan istifadə edən və ya saytın Administrasiyası ilə əlaqə saxlayan zaman istifadəçi bütün razılıqların, bildirişlərin, dərc olunan məlumatların və ya digər məlumatların qanunvericilik tələblərinə, o cümlədən yazılı formada ünsiyyətə dair tələblərə uyğun olduğu ilə razılaşır.

İnternet-kommersiya və fərdi məlumatın toxunulmazlığı.

Bu veb sayt hər hansı məhsulların onlayn satışı üçün nəzərdə tutulmayıb. Bu Veb sayt vasitəsilə yayılan istənilən məhsulun satışı alıcı üçün risk daşıyır. Alıcı/istifadəçi bu Veb sayt vasitəsilə satılan məhsulların istifadə olunması zaman ola biləcək itki, sağlamlığa ziyan və ya zərər dəyməsi halında məsuliyyət daşıyır.

Veb saytın Administrasiyası İstifadəçinin elektron qurğularında onların zəif mühafizə olunması ilə əlaqədar olaraq onun qurğusuna daxil olan virus və digər ziyankar proqramlardan zəif mühafizəyə görə yarana biləcək problemlərə görə məsuliyyət daşımır.

Sayt Administrasiyası hər hansı xüsusi bildiriş göndərmədən hazırkı Razılaşmanın şərtlərini istənilən vaxt birtərəfli qaydada dəyişmək hüququna malikdir. Razılaşmaya edilən istənilən dəyişikliklər Razılaşmanın yeni redaksiyası saytda dərc olunduğu andan qüvvəyə minir.

Dəyişikliklərin müəyyən edilməsi üçün Razılaşma ilə vaxtaşırı tanışlıq və onun nəzərdən keçirilməsi İstifadəçinin öhdəliklərinə daxildir. Bu Razılaşmaya dəyişikliklər daxil edildikdən sonra veb saytdan istifadənin davam etdirilməsi Administrasiya tərəfindən İstifadəçinin Razılaşmaya daxil edilən dəyişikliklər, o cümlədən müəllif hüquqları və əqli mülkiyyət hüquqlarına aid olanlarla razılığı kimi qəbul olunur.

Bu veb saytda verilən kontenti veb saytın Administrasiyası və/və ya podratçı təşkilatlar və yaxud digər üçüncü tərəflər təqdim edir. Kontentə ədəbiyyat mətnləri, musiqi, qrafiki işlər, səs yazısı, kinematoqrafiya, səs ötürülməsi və televeriliş, daşıyıcı siqnallar, dərclər və kompüter proqramları daxildir, lakin bu bəndlərlə məhdudlaşmır (bundan sonra “Kontent”).

Bütün Kontentə və müşayiətedici materiallara müəllif hüquqları Veb saytın Administrasiyası və ya onlara hüququ olan üçüncü tərəflərə məxsusdur (bundan sonra “Hüquq sahibləri”) və Azərbaycan Respublikasının normativ-hüquqi aktları və, müəllif hüquqları barədə beynəlxalq aktlarla mühafizə olunur.

Veb saytın Administrasiyası Veb sayta, Kontentə, Veb saytın təqdim etdiyi məhsul və/və ya xidmətlərə hər hansı xəbərdarlıq etmədən istənilən vaxt dəyişiklik daxil etmək hüququnu özündə saxlayır.

Kontentə bütün hüquqlar Hüquq sahiblərində qalır. Bu Razılaşmaya əsasən İstifadəçi müəllif hüquqlarını, o cümlədən, lakin bunlarla məhdudlaşmadan patentləri və Kontentə digər hüquq aktlarını əldə etmir.

Məsuliyyətin məhdudlaşdırılması

Veb sayt, onun bütün Kontenti, o cümlədən Veb saytdakı bütün mövcud və gələcək təkliflər, təklif olunan məhsul və servislərdə qeyri-dəqiqliklər və ya səhvlər ola bilər.

Hüquq sahibləri Kontentin anlaşılması, dəqiqliyi və ya tamlığına heç bir zəmanət vermir.

Nə Veb saytın Administrasiyası və onun filialları, nə hər hansı podratçı təşkilat Veb saytın istifadəsi, onun Kontentinə girişin mümkün olmaması, Veb saytın işinin funksional və ya texniki aspektləri, veb saytda yerləşdirilən kənar keçidlərlə (hətta Veb saytın Administrasiyası tərəfindən tövsiyə olunsa belə) əlaqəli birbaşa və ya dolayı ziyana görə məsuliyyət daşımır.

Məxfilik

İstifadəçi Veb saytı hər hansı şəxsi məlumat saxlamadan ziyarət edə bilər.

Veb saytın serverləri istifadəçilərin e-mail ünvanları və ya digər şəxsi məlumatlarını deyil, IP ünvanları və kukilərini toplayır.

Toplanan məlumat Veb sayta ziyarətlərin sayı, Veb saytda keçirilən vaxt, baxılan səhifələrin sayının və s. müəyyən edilməsi məqsədilə təhlil edilir.

Veb saytın Administrasiyası bu məlumatı resursun idarə olunması və Kontentin təkmilləşdirilməsi üçün istifadə edir.

Veb saytın Administrasiyası bu məlumatı mühafizə etməyi öhdəsinə götürmür və onun məhdudiyyətsiz yayılması, istifadə olunması və surətinin çıxarılması hüququnu özündə saxlayır.

Hüququn tətbiqi

Veb saytın işinə Azərbaycan Respublikasındakı ofisdən Veb saytın Administrasiyası nəzarət edir.

Veb saytda təqdim olunan Kontent və ya məhsulların qadağan edilmiş və ya arzuolunmazlar siyahısına daxil edildiyi ərazi və ya ölkələrdən Veb sayta giriş qanunsuzdur.

İstifadəçi bu Veb saytı Azərbaycan Respublikasının İxrac qanunvericiliyini pozaraq istifadə etmək hüququna malik deyil.

İstifadəçi Veb sayta Azərbaycan Respublikasının hüdudlarından kənarda yerləşən ərazilərdən daxil olursa, qanunvericiliyə əməl olunmasına görə bütün məsuliyyəti yalnız İstifadəçi daşıyır.

Veb saytdan istifadə hazırkı Razılaşma və Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin normaları ilə tənzimlənir, Veb sayta giriş əldə edən zaman İstifadəçi hüquqi araşdırma halında Azərbaycan Respublikası və onun ali instansiyası kimi Ali Məhkəmənin yurisdiksiyasının altına düşür.

Bu Razılaşmanın hər hansı müddəası müvafiq instansiya məhkəməsi tərəfindən etibarsız hesab olunarsa, həmin müddəa Razılaşmanın cari və sonrakı redaksiyalarından çıxarılır.

Hazırkı Razılaşma İstifadəçi və Veb saytın Administrasiyası arasında ictimai ofertadır. Saytda giriş əldə edən və ondan istifadə edən zaman istifadəçi hazırkı Razılaşmaya qoşulmuş və hər hansı çıxarılan müddəa və ya qeyd-şərtlər olmadan onun müddəalarını tamamilə qəbul etmiş hesab olunur.

Yuxarıda göstərilən bəndlər fəaliyyətin aparıldığı ölkənin qanunvericiliyi çərçivəsində Bonduelle-in fəaliyyətini detallaşdırır.

Bu razılaşmanı oxuduğunuz üçün təşəkkür edirik. Ümid edirik ki Bonduelle sizin xoşunuza gəlir.

Copyright © 2012

Bonduelle . Bütün hüquqlar qorunur.

Bonduelle
İstifadəçi razılaşması.
© 2018 Bonduelle