Bu veb sayt istifadə məlumatlarınızı ("cookies") toplayır. Bu veb səhifəni istifadə edərək məxfilik siyasətinə razılıq verirsiniz.
Daha ətraflı
Səviyyəli restoranda və ya ziyafətdə bilmək lazımdır ki, boşqabın yanındakı çəngəl-bıçaq dəsti ofisiant və ya sahibə ilə ünsiyyət qurmağın səssiz formasıdır. Bu işarələrin mənasını bilirsinizmi?
Qəhvə bir qayda olaraq ifrat hisslər doğurur: biz ya bu içkinin aşiqiyik, ya ona qarşı tamamilə biganəyik. Bir çoxları qəhvəsiz bir gün də olsa yaşaya bilmir. Təəssüf ki, qəhvə ikili təbiətə malikdir və bunu hər kəsin bilməsi lazımdır.
K vitamininin sümükləri möhkəmləndirmək və ürək-damar sistemini sağlam vəziyyətdə saxlamaq kimi müsbət təsirləri artıq hər kəsə məlumdur. Əfsuslar olsun ki, insan orqanizmi K vitaminini inkişaf etdirmək qabiliyyətinə malik deyil və bu səbəbdən bədəndə K vitamininin balansını qoruyub saxlamaq üçün bu vitaminlə zəngin qidalar qəbul etmək lazımdır.
İnanmaq çətin olsa da evdə makaron hazırlamaq üçün sizə un, yumurta və bir çimdik duz kimi adi inqrediyentlər lazımdır. Əgər evdə spagetti hazırlamağa hələ də tərəddüd edirsinizsə bu mətbəx tapşırılğını yerinə yetirməkdə sizə yardımçı olacaq bir neçə məsləhətə diqqət yetirin.
Vitamin E, həmçinin vitamin A, D və K yağda həll olan vitaminlər qrupuna aiddir. Bu o deməkdir ki, onlar orqanizmdə əsasən yağlı toxumalarda və böyrəküstü vəzilərdə olur.
Yay aylarında bədənimiz çöl ilə daha çox təmasda olur. Bu səbəbdən dərimizin sağlam qalmasını istəyirik, lakin bunun üçün dərinin daha çox qayğısına qalmaq lazım gəlir.
İtaliyada souslar müəyyən regiona xas məhsullardan hazırlanır. Ölkənin şimalında ən çox yerdombalanı və digər göbələklərdən, Genuyada ətirli pestodan, Neapolda əla növ pomidorlardan, ölkənin cənub hissəsində isə dəniz məhsullarından daha çox istifadə olunur. Bu günümüzdə bütün souslar bir-birinə bənzəyir. İstifadə edilən hər növ yeni inqrediyentlər dünyanın hər yerindən idxal olunur.
Vitamin C xüsusiyyətləri uzun müddətdir ki, dünyada tibb sahəsində istifadə olunan birləşmədir. Vitamin C orqanizmin düzgün fəaliyyəti üçün zəruridir, belə ki, o, orqanizmdə gedən müxtəlif proseslərin iştirakçısıdır. Bundan əlavə C vitamini kosmetikada istifadə olunur, çünki, güclü antioksidləşdirici kimi yaşlanma prosesinə cavabdeh olan azad radikallarla mübarizə aparır.
Hər yay biz görkəmimizə və sağlamlığımıza daha çox diqqət ayırırıq. Yastı qarın əldə etmək mümkündür! Bu məsləhətlərə riayət edin və yastılanmış qarından həzz alın.
Makaron ən qədim qida məhsullarından biridir. Çinin Xuanxe çayı sahilindəki Neolit dövrünə aid kəndində aşkar edilmiş tapıntılar makaronun 4000 il bundan öncə hazırlandığını təsdiq edir. Su və unun qarışığından hazırlanıb qurudularaq ərsəyə gətirilən ənənəvi makaron ərəblərə də məlum idi. Makaronun istehsalında istifadə olunan undan asılı olaraq onun bir neçə növünü ayırd etmək olar.
Savoir-vivre prinsipləri sadə və məntiqlidir. Onları bilərək, biz restoranlarda və ya ziyafətlərdə utanmaqdan xilas olarıq. Süfrə ətrafında davranış qaydalarına, həmçinin süfrəyə yeməklərin verilməsi də aiddir.
Duzdan söhbət düşmüşkən, ağ ölüm bir az şişirtmədir. Sodium xloridin qoruyucu xüsusiyyətləri var və qidamızın dadını artırır.
B qrup vitaminləri siniri sakitləşdirməyə, maddələr mübadiləsini tənzimləməyə, bədənə enerji verməyə və dərinin qayğısına qalmağa meyl edir. Orqanizm B vitaminini saxlamadığı üçün onu mütəmadi olaraq təmin etmək lazım gəlir.
Tərəvəzlər və meyvələr gündəlik pəhrizin əsas komponentləridir. Bədənimizi lazımi qidalandırıcı elementlərlə təmin etməyin ən sadə yolu boşqabımızda müxtəlif ərzaqlardan rəngarəng yeməyin olmasıdır.
Vitaminlər yüksək temperatura həssasdır, ona görə də qaynadılmış və ya buğa verilmiş məhsullar təzə olanlardan daha az C vitamininə malik olur.
Düzgün şərab təkcə, yeməyin dadını artırmaq üçün verilmir, həmçinin dad hissiyatını gücləndirir. Yeməyiniz üçün ən yaxşı içkini seçmək asan iş deyil. Şərab yeməyin təbiətini pozmamalıdır- eləcə də, yemək şərabın dadından kəskin olmamalıdır.
Hər gün, kofenin insan bədəninə olan təsirləri ilə bağlı təzadlı məlumatlar yayılır. Ümumən, kofenin diqqətimizi artırdığı deyilir. Effektiv olaraq işləmək üçün, həqiqətən kofeinə ehtiyacımız var? Arzulanan nəticələri əldə etmək üçün kofeni necə içməliyik?
Makaronlar müxtəlif formalarda və ölçülərdə istehsal olunur. Ən nazik makaron adətən supda, uzun zolaqlı makaron sousda, boruşəkilli və digər maraqlı formalı makaronlar isə zapekanka və salatlarda istifadə olunur. Makaronun bəzi formaları o qədər böyükdür ki, onlara içlik əlavə edib qızartmaq da olar. Onların ravioli kimi növləri birbaşa içliklə istehsal olunur.
Vitamin A görmə üçün zəruridir. O, həmçinin immun sistemini gücləndirir və infeksiyaların qarşısını alır. A vitamini eyni zamanda saçların və dırnaqların sağlam görünüşünə cavabdehdir. O, azad radikallarla mübarizədə mühüm rol oynayır - böyük antioksidləşdirici kimi yaşlanmaya və hüceyrə pərdələrinin düzgün fəaliyyətinə təsir edir.
Makaron italyan mətbəxini sevənlər üçün əla seçimdir. Lakin çox vaxt makaron bişən zaman tərkibindəki yüksək tərkibli nişasta səbəbilə formasını itirir. Nəticədə yeməkləriniz cəlbedici və dadlı olmur. Düzgün şəkildə bişmiş makaron istənilən yeməyi daha da dadlı göstərir.
Vitaminlər və mikroelementlər insan orqanizmi üçün təkcə böyümə və formalaşma dövründə deyil, eyni zamanda yaşlı insanın sağlamlığının qorunub saxlanması, güc və yaxşı əhval ruhiyyəsi üçün həyati əhəmiyyət kəsb edir. Hansı vitaminlər zəruridir və nə üçün?
Bişirmə çətin proses deyil və hər kəs bunu bacara bilər. Lakin, tərəvəz yeməklərinə düzgün dad əlavə etmək çətindir. Ət və ya balığı bişirməmişdən əvvəl duzlu suya saldığımız halda, tərəvəzlər təzə şəkildə qaynadılır. Beləliklər, tərəvəzləri necə ədviyyatlı edə bilərsiz?
Ziyafət yeməyi zamanı alkoqollu içkilərin düzgün verilməsi parti təcrübəsinin əsas hissəsidir.Bilirik ki, partilərin çoxunda az olsa belə, alkoqollu içkilər olur. Məsələ onların düzgün təqdim edilməsindədir.
Şirin ilk hiss etdiyimiz dadlardan biridir və uşaqlığımızdan onu xoşlayırıq. Şirin qidalara üstünlük verməyimiz və onların çoxluğu pəhrizimizdə şəkərin yüksək səviyyədə istehlakının əsas faktorudur.