
Çevik nəticələr
Əgər pəhrizin normalarına əməl etsəz, 7 gün ərzində çəki itirə bilərsiniz. Menyuya əməl etmək vacibdir, lakin hər gün müxtəlif olur. Bu, digər pəhrizlərdə rast gəldiyimiz monotonluqdan yayınmağa kömək edir.
İdman çox vacibdir
Fiziki hərəkətlər etməyi unutmayın - bunlar sizin sabah məşqləriniz, aerobika və ya gəzinti ola bilər, lakin müntəzəm etmək lazımdır. Əmin olun ki, pəhriz ciddi olmasına baxmayaraq rəngarəng və maraqlı, həmçinin asan hazırlanan ola bilər. Bu 7 günlük pəhrizin hər günü tam olaraq fərqli olacaq.
TƏRƏVƏZ KOKTEYLİ GÜNÜ
Menyu
Səhər yeməyi: 3 ədəd kərəviz, 6 ədəd yerkökü və 3 xörək qaşığı ispanaq (donmamış) şirəsi, 200 qr fermer pendiri
Lanç: 3 ədəd kərəviz və 6 ədəd yerkökü şirəsi və bir pomidor
Nahar: 3 ədəd kərəviz, 6 ədəd yerkökü ilə döyülmüş cəfəri şirəsi və 1 qaşıq günəbaxan yağı, 100 qr qızardılmış toyuğun döş əti, 5 qaşıq noxudla bişmiş yerkökü
Şam yeməyi: 3 ədəd kərəviz, 6 ədəd yerkökü və 2 qaşıq qurudulmuş reyhan şirəsi və 1 qaşıq günəbaxan yağı, 2 dilim quru çörəklə hinduşka vetçinası, 2 yarpaq yaşıl kahı

BALIQÇILAR GÜNÜ
Menyu
Nahar: 200 qr balıq qızartması(sote) ilə çoxlu vinqred salatı/limon şirəsi, dəmlənmiş yosun(algae) içkisi
Şam yeməyi: 200 qr ispanaqla birgə folqada qızardılmış qızılxallı balığı və dəmlənmiş yosun içkisi
VACIB QEYD: Vafli sevənlər desert kimi 2 ədəd yeyə bilərlər.
SÜD KOKTEYLI GÜNÜ
Menyu
Səhər yeməyi: 1,5 fincan 1 ədəd bananla qarışdırılmış yağlı süd, 4 qaşıq qarğıdalı dənəsi (pop-korn) ilə homogen vanil kremli pendir və ya meyvə yoğurtu.
Lanç: 1,5 fincan 1 ədəd bananla qarışdılırmış yağlı süd
Nahar: 1,5 fincan 1 ədəd bananla qarışdılırmış az yağlı süd, 2 dilim tam buğda çörəyi ilə az şəkərli cem.
Şam yeməyi: 1,5 fincan 1 ədəd bananla qarışdırılmış az yağlı süd, 150 qr qızardılmış toyuğun döş əti, 4 yarpaq kahı ilə 2 qaşıq təbii yoğurt

BROKOLI GÜNÜ
Menyu
Səhər yeməyi: Çox qaynadılmış yumurta, yarım pomidor, dilimlənmiş, soğanla qarışdılırmış şəkildə, 100 qr brokoli, 3 qaşıq limon şirəsi əlavə olunmuş bir stəkan mineral su
Nahar: 4 qaşıq bişmiş ağ düyü, 200 qr bişmiş brokoli, 1 stəkan duzlu kələm şirəsi
Şam yeməyi: 100qr bişmiş brokollidən, yarım tənəkə qırmızı lobya və əlavə olaraq bir çayqaşığı zeytun yağından hazırlanmış salat, 3 qaşıq limon şirəsi əlavə olunmuş 1 stəkan mineral su
KARTOF GÜNÜ
Menyu
Səhər yeməyi: 1 stəkan tərəvəz şirəsi və 1 iri bişmiş kartof ilə 1 qaşıq şüyüd
Lanç: 1 stəkan pomidor şirəsi, 2 ortaboylu kartof 1 dilim pendirlə bişmiş və 1 qaşıq cəfəri ilə qarışdırılmış şəkildə.
Nahar: bir stəkan tərəvəz şirəsi, 1 ədəd ortaboylu kartof, 1 qaşıq şüyüdlə qarışdırılmış şəkildə
VACIB QEYD: Lazım olduğu təqdirdə 1 ədəd şirniyyat yemək olar.
