
Vahid alman mətbəxi anlayışı 19-cu əsrin ikinci yarısında Alman torpaqların bir ölkəyə birləşməsi ilə eyni zamanda ortaya çıxdı.
Kartof fanatları

Reqional ənənələr
Qərb Almaniyanın Schwarz Wald və Baden-Württemberg reqionunda qonşu İsveçrə və Fransanın güclü təsirini duymaq olar. Bu mətbəxdə tərəvəzlərin çox böyük rolu var. Cənubə yaxın, xüsusilə Bavariyada, daha yağlı yeməklərdən istifadə olunur. Ola bilər ki, bu səbəbdən Alman mətbəxi illlər boyu çox yağlı hesab olunub və dünyada öz populyarlığını qazanmayıb. Buna baxmayaraq, o, çox incə mətbəxlərdən biri olaraq, Almaniyanın xaricində də yaxşı tanınır.
Alman sayağı şorbalar
Şorbalar Almaniyada çox populyar deyil; ən məşhur olan şorbalar Gulaschsuppe adlanan macarların qulyaşına oxşar şorba və fransız qırmızı soğan şorbasına oxşar Bohnensuppe və Zwiebelsuppe şorbalarıdır. Şərq Almanlılar tez-tez solyanka – doğranılmış sosiska ilə ədvalı Ukrayna şorbasını bişirirlər. Sadalanlılardan daha populyar əriştəli şorbalardır – məsələn, Leberknödelsuppe adlanan Bavariya şorbası. Qalan qəlyanaltılar sadədir. Onlar paştet, salat və ya soyuq ətlərdən ibarət ola bilər. Cənubda balıq və dəniz məhsullardan daha çox istifadə olunur. Alabalıq Almanlıların ən çox sevdıkləri balıq hesab olunur.

Sosiska - çox populyar milli məhsul
Turş kələm
Almaniyada kələmin bütün növləri çox sevilir: bişirilmiş, yağda qızardılmış və ya turş. Bu ənənə öz başlanğıcını çoxdan bəri götürür, lakin öz əhəmiyyətini indiyə qədər itirməyib. Təzə kələm marinada qoyulur və Saurekraut, qırmızı kələm isə alma ilə bişirilərək Apfelrotkohl adlanır. Almanlılar mərəçüyüdü çox sevir. Mərəçüyüd mövsumu apreldə başlayır və iyunda bitir. Bu mövsum ərzində bütün restoranlar xüsusi mərəçüyüd menyularını təqdim edir.
Hər gün qəhvə
Qəhvə Almaniyada çaydan çox sevilən bir içkidir. Almanlılar „Kaffeekuchen” adlandıran yemək qəhvə ilə istənilən pirojnanadan ibarətdir.