Bu veb sayt istifadə məlumatlarınızı ("cookies") toplayır. Bu veb səhifəni istifadə edərək məxfilik siyasətinə razılıq verirsiniz.

Daha ətraflı

Amerika mətbəxi

Bir çox millətlərin mətbəxi

Amerika mətbəxinin zənginliyi Hindililər, Afrikalılar, və həmçinin Avropa və Asiya immiqrantların təsiri nəticəsində formalaşıb. Müxtəlif reqionlarda məskən salan etnik qruplar aşpazlıq mədəniyyətinə təsir göstəriblər. Əlavə olaraq, ölkənin böyük ərazisi də Amerika mətbəxinin müxtəlifliyinin səbəblərindən biridir.

Fast fud

Şübhəsiz, fast fud anlayışı birbaşa Amerika mətbəxi ilə asosiassiya edilir. Fast fud dedikdə, dərhal ən populyar Amerikan yeməkləri olan xot doq, qamburqer və ya toyuq qanadları yada düşür. Bu yeməklər hal hazırda bütün dünyada çox populyardır və onları dünya ölkələrin əksəriyyətində dadmaq olar. Amerika mətbəxi ən  çox fast fud ilə əlaqələndirilir. Fast fud adətən bayırda nahar zamanı tez tələsik yeyilən çox kalorili və o qədər sağlam olmayan qida deməkdir.

Süfrədə tərəvəzlər

Diqər tərəfdən, ənənəvi şorbalar, kekslər, marinadlar və yaxud  tərəvəz və meyvə tərkibli salatlar həmçinin Amerikan mədəniyyətin bir hissəsidir.  Şirin qarğıdalı və balqabaq kimi qidalı tərəvəzlərin vacibliyini nəzərdən qaçırmamalıyıq. Qarğıdalı müxtəlif şəkildə süfrəyə verilir. Yağ və duzla verilən bişmiş qarğıdalı, popcorn, və ya corn dogs -  üzərində qarğıdalı xəmiri olan yaxşı qızardılmış sosiskalar ən populyar yeməklərdəndir. Balqabaq burada həmçinin xüsusi tərəvəz sayılır. O, əsasən 31 okyabr tarixində qeyd olunan Xelouinlə əlaqələndirilir. Xelouin zamanı bütün Amerika rəngini narıncı rəngə dəyişir, və evləri lampa şəklində bəzəyən içi oyulmuş bu tərəvəzin  yanından keçmək qeyri-mümkün olur. Ən populyar yeməklər balqabaq şorbası və balqabaq piroqudur.

Amerikan ənənəsi

Təşəkkür günündə süfrəyə verilən içi doldurulmuş hind quşu, şirin kartof və quşüzümü sousu kimi yeməklər Amerikan mədəniyyətinin ayrılmaz hissəsidir.
Bütün ailə süfrənin arxasında yığılıraraq əldə etdiyi məhsula görə tanrıya dua və şükür edir. Amerikada dostlarla görüşmək üçün o qədər səbəb var ki – barbekü, qril qonaqlıqları tez-tez təşkil olunur.  Bağda qonaqların qəbulu da çox populyardır. Qrildə ətdən və tərəvəzlərdən tutmuş meyvəyə kimi hər şey bişirmək mümkündür. Amerikan barbekü qonaqlığında adətən müxtəlif souslarla verilən qabırğalar və toyuq qanadları istifadə olunur. Amerikan mətbəxində salatlardan da çox istifadə olunur. Kahı ilə Sezar salatı, vineqret, və ya tərəvəzlər və bərk bişirilmiş yumurta ilə Şefin salatı da çox populyardır. Başqa populyar salatların sırasında mayonezli kələm və yerkökü  salatı və kərəviz, alma və qozdan hazırlanan Valdorf salatlarıdır. Duzdür, sağlam və qidalı xörəklərin hazırlanması müəyyən vaxt və səyləri tələb edir. Lakin, bunuda unutmamalıyıq ki, qidanın hazırlanması həmçinin cəhd və fantaziya tələb edən incəsənətdir .

Sizi maraqlandıra biləcək reseptlər

Qarğıdalı unundan tortilya
Qarğıdalı unundan tortilya

Tortilya resepti- Meksikalılar tortilyanı çörəy əvəzinə istifadə edir.

10 nəfər 30-45 dəq Asan
Şirin qarğıdalı ilə qrildə bişmiş qızılbalıq

Sizin zövqünüzü oxşayacaq dadlı yemək

2 nəfər 30-45 dəq Çətin
Səhər yeməyi: tost çörəyində noxuddan hazırlanmış muss

Vegetarian səhər yeməyi, Doyumlu və dadlı

2 nəfər 30-45 dəq Orta
Xoriatiklər – yunansayağı salat
Xoriatiklər – yunansayağı salat

Xoriatik resepti (yunansayağı salat)- yunan mətbəxinin tacı olan yemək.

2 nəfər 15-30 dəq Asan
Amerika mətbəxi

Bir çox millətlərin mətbəxi

Amerika mətbəxinin zənginliyi Hindililər, Afrikalılar, və həmçinin Avropa və Asiya immiqrantların təsiri nəticəsində formalaşıb. Müxtəlif reqionlarda məskən salan etnik qruplar aşpazlıq mədəniyyətinə təsir göstəriblər. Əlavə olaraq, ölkənin böyük ərazisi də Amerika mətbəxinin müxtəlifliyinin səbəblərindən biridir.

Fast fud

Şübhəsiz, fast fud anlayışı birbaşa Amerika mətbəxi ilə asosiassiya edilir. Fast fud dedikdə, dərhal ən populyar Amerikan yeməkləri olan xot doq, qamburqer və ya toyuq qanadları yada düşür. Bu yeməklər hal hazırda bütün dünyada çox populyardır və onları dünya ölkələrin əksəriyyətində dadmaq olar. Amerika mətbəxi ən  çox fast fud ilə əlaqələndirilir. Fast fud adətən bayırda nahar zamanı tez tələsik yeyilən çox kalorili və o qədər sağlam olmayan qida deməkdir.

Süfrədə tərəvəzlər

Diqər tərəfdən, ənənəvi şorbalar, kekslər, marinadlar və yaxud  tərəvəz və meyvə tərkibli salatlar həmçinin Amerikan mədəniyyətin bir hissəsidir.  Şirin qarğıdalı və balqabaq kimi qidalı tərəvəzlərin vacibliyini nəzərdən qaçırmamalıyıq. Qarğıdalı müxtəlif şəkildə süfrəyə verilir. Yağ və duzla verilən bişmiş qarğıdalı, popcorn, və ya corn dogs -  üzərində qarğıdalı xəmiri olan yaxşı qızardılmış sosiskalar ən populyar yeməklərdəndir. Balqabaq burada həmçinin xüsusi tərəvəz sayılır. O, əsasən 31 okyabr tarixində qeyd olunan Xelouinlə əlaqələndirilir. Xelouin zamanı bütün Amerika rəngini narıncı rəngə dəyişir, və evləri lampa şəklində bəzəyən içi oyulmuş bu tərəvəzin  yanından keçmək qeyri-mümkün olur. Ən populyar yeməklər balqabaq şorbası və balqabaq piroqudur.

Amerikan ənənəsi

Təşəkkür günündə süfrəyə verilən içi doldurulmuş hind quşu, şirin kartof və quşüzümü sousu kimi yeməklər Amerikan mədəniyyətinin ayrılmaz hissəsidir.
Bütün ailə süfrənin arxasında yığılıraraq əldə etdiyi məhsula görə tanrıya dua və şükür edir. Amerikada dostlarla görüşmək üçün o qədər səbəb var ki – barbekü, qril qonaqlıqları tez-tez təşkil olunur.  Bağda qonaqların qəbulu da çox populyardır. Qrildə ətdən və tərəvəzlərdən tutmuş meyvəyə kimi hər şey bişirmək mümkündür. Amerikan barbekü qonaqlığında adətən müxtəlif souslarla verilən qabırğalar və toyuq qanadları istifadə olunur. Amerikan mətbəxində salatlardan da çox istifadə olunur. Kahı ilə Sezar salatı, vineqret, və ya tərəvəzlər və bərk bişirilmiş yumurta ilə Şefin salatı da çox populyardır. Başqa populyar salatların sırasında mayonezli kələm və yerkökü  salatı və kərəviz, alma və qozdan hazırlanan Valdorf salatlarıdır. Duzdür, sağlam və qidalı xörəklərin hazırlanması müəyyən vaxt və səyləri tələb edir. Lakin, bunuda unutmamalıyıq ki, qidanın hazırlanması həmçinin cəhd və fantaziya tələb edən incəsənətdir .
Ecommerce Modal Title
Ecommerce Modal Description