Bu veb sayt istifadə məlumatlarınızı ("cookies") toplayır. Bu veb səhifəni istifadə edərək məxfilik siyasətinə razılıq verirsiniz.

Daha ətraflı

Argentina raqulu balqabağı

Videoya baxın və bizimlə birlikdə xörək bişirin!

Qarğıdalını kasaya tökürük və mərcini əlavə edirik. İndi isə bizə orta, yetişmiş balqabaq lazımdır. Üstünü kəsirik, qaşıqla tumları və ləti çıxarırıq. Onun içinə və kəsilmiş yerinə kərə yağını sürtürük və bir saata sobaya qoyuruq. Balqabaq bişərkən kartofu iri parçalara kəsək. İndi isə bibəri nazik zolaqlara doğrayırıq. Həmçinin soğanı nazik halqalara, sarımsağı isə xırda doğrayırıq. İndi isə pomidorların qabığını soyaq, bunun üçün balaca kəsik edirik və üstünə qaynar su tökürük, indi qabıq çox asan soyulur. Pomidorları kublara doğrayırıq. İndi isə keşnişin yarpaqlarını ayırırıq. Dərin bir tava götürürük və onun içində bitki yağında soğan, sarımsaq və bibər qovururuq. İndi bura kartof, pomidor və kuraqa əlavə edirik, qarışdırırıq və qızardırıq. 5 dəqiqədən sonra zövqə görə duz qatırıq, ətirli keşniş tumu və zirə əlavə edirik, tərəvəzlərin üstünə su tökürük, qaynayana kimi qızdırırıq və daha 5 dəqiqə pörtlədirik. Raqunu balqabağın içinə qoyuruq, keşnişi əlavə edirik və mərci ilə qarğıdalını da əlavə edirik. İndi isə daha 5-7 dəqiqə pörtləmək lazımdır. Süfrəyə isti-isti veririk və ənənəvi Argentina resepti üzrə hazırlanmış dadlı və xeyirli Argentinasayağı raqulu balqabaq həzz alırıq.

Bu xörəyin hazırlanması üçün inqrediyentlərin siyahısı:

Argentina raqulu balqabağı

Sizi maraqlandıra biləcək reseptlər

Şirin qarğıdalı, çili bibəri və koppa kolbasası ilə pizza.

Dostlarla görüşlər üçün ləzzətli pizza!

1 nəfər 30-45 dəq Orta
Qarğıdalı unundan tortilya
Qarğıdalı unundan tortilya

Tortilya resepti- Meksikalılar tortilyanı çörəy əvəzinə istifadə edir.

10 nəfər 30-45 dəq Asan
Qızardılmış badımcan, soğan və pomidordan salat

Pomidor və soğanlı qızardılmış badımcan resepti

8 nəfər 45 deq çox Orta
Yaşıl lobya və pendirlə qatlama
Yaşıl lobya və pendirlə qatlama

Qat-qat xəmirdən yaşıl lobya və pendirlə dadlı qatlamalar. Bu yeməyi süfrəyə ayrıca yemək və ya qarnir kimi vermək olar.

3 nəfər 30-45 dəq Orta
Argentina raqulu balqabağı

Videoya baxın və bizimlə birlikdə xörək bişirin!

Qarğıdalını kasaya tökürük və mərcini əlavə edirik. İndi isə bizə orta, yetişmiş balqabaq lazımdır. Üstünü kəsirik, qaşıqla tumları və ləti çıxarırıq. Onun içinə və kəsilmiş yerinə kərə yağını sürtürük və bir saata sobaya qoyuruq. Balqabaq bişərkən kartofu iri parçalara kəsək. İndi isə bibəri nazik zolaqlara doğrayırıq. Həmçinin soğanı nazik halqalara, sarımsağı isə xırda doğrayırıq. İndi isə pomidorların qabığını soyaq, bunun üçün balaca kəsik edirik və üstünə qaynar su tökürük, indi qabıq çox asan soyulur. Pomidorları kublara doğrayırıq. İndi isə keşnişin yarpaqlarını ayırırıq. Dərin bir tava götürürük və onun içində bitki yağında soğan, sarımsaq və bibər qovururuq. İndi bura kartof, pomidor və kuraqa əlavə edirik, qarışdırırıq və qızardırıq. 5 dəqiqədən sonra zövqə görə duz qatırıq, ətirli keşniş tumu və zirə əlavə edirik, tərəvəzlərin üstünə su tökürük, qaynayana kimi qızdırırıq və daha 5 dəqiqə pörtlədirik. Raqunu balqabağın içinə qoyuruq, keşnişi əlavə edirik və mərci ilə qarğıdalını da əlavə edirik. İndi isə daha 5-7 dəqiqə pörtləmək lazımdır. Süfrəyə isti-isti veririk və ənənəvi Argentina resepti üzrə hazırlanmış dadlı və xeyirli Argentinasayağı raqulu balqabaq həzz alırıq.

Bu xörəyin hazırlanması üçün inqrediyentlərin siyahısı:

Argentina raqulu balqabağı

Ecommerce Modal Title
Ecommerce Modal Description