Bu veb sayt istifadə məlumatlarınızı ("cookies") toplayır. Bu veb səhifəni istifadə edərək məxfilik siyasətinə razılıq verirsiniz.

Daha ətraflı

Döyüşçü pəhrizi ilə daha tez vücudu formaya salın

döyüşçü pəhrizi

Döyüşçü pəhrizi

Son zamanlar dünyada hər hansı bir qida qrupuna üstünlük verib digərlərindən yayınmasına əsaslanan pəhriz planları deyil, hər kəsin öz bioloji saatının ritminə uyğun pəhriz planları yayılıb. Döyüşçü pəhrizi də bunlardan biridir - onun yaradıcısının dediyinə görə, inkişaf etmək üçün hər kəs gərək gün ərzində az-az yeməklə, yatmazdan bir neçə saat əvvəl əsas yeməyi yesin.
Döyüşçü pəhrizinin müəllifinə görə, insan növü mövcudiyyətinin əksər hissəsi ərzində adamlar iş gördükləri (ovçuluq və yığıcılıqla məşğul olduqları) üçün gün ərzində az yeyib, axşamlar isə istirahət edərkən daha çox qida qəbul edib. Beləliklə, asan çəki itirmək üçün resept bunlardan ibarətdir:

Qaydalar

Döyüşçü pəhrizi üçün qaydalar azdır, amma vacibdir:
1. 12 saatdan artıq ac qalmayın. Bu sizə xeyirdən daha çox zərər vuracaq.
2. Gün ərzində sağlam qidalar qəbul edin. Hərdənbir alma, bir ovuc giləmeyvə, qoz-fındıq, bir stəkan süd və ya başqa bir yüngül şey yeyin. Bu sizin zehninizi sağlam və bədəninizi funksiyonal edəcək.
3. Axşam istədiyiniz qədər yeyin. Yaxşı olar ki, yatmazdan təxminən 3-4 saat əvvəl olsun.
 
 
 
Axşam yeməyi makro qidalandırıcılarla (proteinlər, yağlar və karbohidratlarla) zəngin olduqca, yediklərinizə real məhdudiyyətlər yoxdur.

4. Məşq edin. Sürətli yeriyin, qaçın, ağırlıq qaldırın, turnikdə dartının, jim vurun, press hərəkətləri edin, yoqa ilə məşğul olun - maraqlı və həyəcanlı hiss etdiyiniz hər şeyi edin. Düzgün pəhriz tutursuzunuzsa məşq zamanı və ya sonra enerji əksikliyi yaşamayacaqsınız.
Döyüşçü pəhrizi yaradılan gündən bəri böyük populyarlıq və uğurlar qazanıb. Asan çəki itirmək üçün ideal bir üsul olmasa da, əslində, heç bir üsul ideal deyil. Ənənəvi biliklər faydasız olanda, bu qidalanma planı sizə asan və az qadağalar qoyan bir pəhriz təklif edir ki, bunu sınamağa dəyər.


Sizi maraqlandıra biləcək reseptlər

Dip tahina - küncüt məcunu
Dip tahina - küncüt məcunu

Dip tahina resepti- küncüt sousundan hazırlanan sous

4 nəfər 15 dəq az Asan
Koulslou salatı
Koulslou salatı

Koulslou salatı resepti

4 nəfər 30-45 dəq Asan
Duzlu qızılbalıq
Duzlu qızılbalıq

Mərcimək souslu duzlu qızıl balıq resepti

3 nəfər 45 deq çox Orta
Kuskuslu Meksika salatı
Kuskuslu Meksika salatı

Yaxınlarlarınızı sevindirəcək ən dadlı yemək

2 nəfər 15-30 dəq Asan
Döyüşçü pəhrizi ilə daha tez vücudu formaya salın
döyüşçü pəhrizi

Döyüşçü pəhrizi

Son zamanlar dünyada hər hansı bir qida qrupuna üstünlük verib digərlərindən yayınmasına əsaslanan pəhriz planları deyil, hər kəsin öz bioloji saatının ritminə uyğun pəhriz planları yayılıb. Döyüşçü pəhrizi də bunlardan biridir - onun yaradıcısının dediyinə görə, inkişaf etmək üçün hər kəs gərək gün ərzində az-az yeməklə, yatmazdan bir neçə saat əvvəl əsas yeməyi yesin.
Döyüşçü pəhrizinin müəllifinə görə, insan növü mövcudiyyətinin əksər hissəsi ərzində adamlar iş gördükləri (ovçuluq və yığıcılıqla məşğul olduqları) üçün gün ərzində az yeyib, axşamlar isə istirahət edərkən daha çox qida qəbul edib. Beləliklə, asan çəki itirmək üçün resept bunlardan ibarətdir:

Qaydalar

Döyüşçü pəhrizi üçün qaydalar azdır, amma vacibdir:
1. 12 saatdan artıq ac qalmayın. Bu sizə xeyirdən daha çox zərər vuracaq.
2. Gün ərzində sağlam qidalar qəbul edin. Hərdənbir alma, bir ovuc giləmeyvə, qoz-fındıq, bir stəkan süd və ya başqa bir yüngül şey yeyin. Bu sizin zehninizi sağlam və bədəninizi funksiyonal edəcək.
3. Axşam istədiyiniz qədər yeyin. Yaxşı olar ki, yatmazdan təxminən 3-4 saat əvvəl olsun.
 
 
 
Axşam yeməyi makro qidalandırıcılarla (proteinlər, yağlar və karbohidratlarla) zəngin olduqca, yediklərinizə real məhdudiyyətlər yoxdur.

4. Məşq edin. Sürətli yeriyin, qaçın, ağırlıq qaldırın, turnikdə dartının, jim vurun, press hərəkətləri edin, yoqa ilə məşğul olun - maraqlı və həyəcanlı hiss etdiyiniz hər şeyi edin. Düzgün pəhriz tutursuzunuzsa məşq zamanı və ya sonra enerji əksikliyi yaşamayacaqsınız.
Döyüşçü pəhrizi yaradılan gündən bəri böyük populyarlıq və uğurlar qazanıb. Asan çəki itirmək üçün ideal bir üsul olmasa da, əslində, heç bir üsul ideal deyil. Ənənəvi biliklər faydasız olanda, bu qidalanma planı sizə asan və az qadağalar qoyan bir pəhriz təklif edir ki, bunu sınamağa dəyər.

Ecommerce Modal Title
Ecommerce Modal Description