Bu veb sayt istifadə məlumatlarınızı ("cookies") toplayır. Bu veb səhifəni istifadə edərək məxfilik siyasətinə razılıq verirsiniz.

Daha ətraflı

Kulinariya təbinizin mənbəyi kimi Livan mətbəxi

Livan mətbəxi

Livan mətbəxi Aralıq dənizi və Orta Şərq qastronomik ənənəsinin aromatik və ləzzətli qarışığıdır. Avropada bir çox baş aşpazların Livan mətbəxindən bişirməyi sevməsinin səbəbi budur.
Livan mətbəxi bütün dünyada sadə, lakin qidalandırıcı və dadlı yeməklərə malik bir mətbəx kimi rəğbət qazanıb. Orta Şərqdə rast gəlinən bir çox kulinariya növlərindən fərqli olaraq, təəccüblüdür ki, bu mətbəx vegetarianlara yaxındır və sağlam inqrediyentlərdən çox istifadə edir: göyərtilər, ədviyyatlar, fəsil tərəvəzləri və bitki yağları.

Livan mətbəxində çoxlu yeməklər vardır ki, sizin fantaziyanızı canlandıracaq və onlardan sağlam yeməklər bişirmək üçün kulinariya ruhu alacaqsınız.

Bura daxildir:

Humus - Ortasında unikal etnik not olan səciyyəvi Orta Şərq qidası. Bu, zeytun yağı, ədviyyatlar və küncüd toxumları ilə qarışdırılan qoyunnoxudlarından hazırlanmış qalın pastadır: humus kreativ Livanlılar tərəfindən düşünülən praktik olaraq saysız növlərdə olur - limon şirəsi ilə, xırdalanmış göyərtilərlə, nanəli, yaxşıca doğranmış sarımsaqla, badımcanlı və bu yeməyin digər versiyaları da var ki, bəziləri hətta daha çılğın yolla hazırlanıb.
 
Mərci supu – Ramazan üçün ənənəvi axşam yeməyi, tərkibində qırmızı mərcimək, soğan və bibər var, lakin asanlıqla lobya, noxud, düyü, yavan ət və digər inqrediyentləri qarışığa əlavə etmək olar. Mədədə çox yüngül olur və çox sağlam yeməkdir.

Fattuş, və ya çoban salatı - yaşıl bibər, pomidor, xiyar, yaşıl soğan və bağ göyərtilərinin ( ispanaq və nanə) heyranedici qarışığı, bu yemək yeyildikcə yaz havası bəxş edir. Bu xüsusi yemək milli mətbəxin sərhədlərini təzə yaz tərəvəzlərinin lətafətinə çevirir.

Tərəvəzlərlə bişirməyin fanatısınızsa və pəhrizinizə sağlam inqrediyentlər əlavə etməyin kreativ yollarını axtarırsızsa, lakin mətbəxdə uzun müddət qalıb, tərləmək istəmirsinizsə ( hər şeydən öncə, yaşayacağınız həyat və macəralar var!) Livan mətbəxindən uzağa getməyin. Boş vaxt axtaran və sağlam qidalanmaq istəyən məşğul şəxslər üçün, bu, həqiqətən, tanrı vergisidir.

Sizi maraqlandıra biləcək reseptlər

Yaşıl lobya və pendirlə qatlama
Yaşıl lobya və pendirlə qatlama

Qat-qat xəmirdən yaşıl lobya və pendirlə dadlı qatlamalar. Bu yeməyi süfrəyə ayrıca yemək və ya qarnir kimi vermək olar.

3 nəfər 30-45 dəq Orta
Pizza bütün dünyada sevilən yemək
Pizza bütün dünyada sevilən yemək

Bolqar bibərli kiçik pizza resepti. Pizza xəmiri resepti öz uzun tarixi var.

2 nəfər 45 deq çox Orta
Krem pendirli, noxudlu və qulançarlı makaron

Dadlı makaron istəyirsinizsə bu resept idealdır! Bu yeməyi hazırlamaq asandır və mütləq əlavə bir porsiya da istəyəcəksiniz

2 nəfər 15-30 dəq Asan
Suşi düyüsü
Suşi düyüsü

Suşinin əsası olan suşi düyüsü üçün resept.

4 nəfər 45 deq çox Orta
Kulinariya təbinizin mənbəyi kimi Livan mətbəxi

Livan mətbəxi

Livan mətbəxi Aralıq dənizi və Orta Şərq qastronomik ənənəsinin aromatik və ləzzətli qarışığıdır. Avropada bir çox baş aşpazların Livan mətbəxindən bişirməyi sevməsinin səbəbi budur.
Livan mətbəxi bütün dünyada sadə, lakin qidalandırıcı və dadlı yeməklərə malik bir mətbəx kimi rəğbət qazanıb. Orta Şərqdə rast gəlinən bir çox kulinariya növlərindən fərqli olaraq, təəccüblüdür ki, bu mətbəx vegetarianlara yaxındır və sağlam inqrediyentlərdən çox istifadə edir: göyərtilər, ədviyyatlar, fəsil tərəvəzləri və bitki yağları.

Livan mətbəxində çoxlu yeməklər vardır ki, sizin fantaziyanızı canlandıracaq və onlardan sağlam yeməklər bişirmək üçün kulinariya ruhu alacaqsınız.

Bura daxildir:

Humus - Ortasında unikal etnik not olan səciyyəvi Orta Şərq qidası. Bu, zeytun yağı, ədviyyatlar və küncüd toxumları ilə qarışdırılan qoyunnoxudlarından hazırlanmış qalın pastadır: humus kreativ Livanlılar tərəfindən düşünülən praktik olaraq saysız növlərdə olur - limon şirəsi ilə, xırdalanmış göyərtilərlə, nanəli, yaxşıca doğranmış sarımsaqla, badımcanlı və bu yeməyin digər versiyaları da var ki, bəziləri hətta daha çılğın yolla hazırlanıb.
 
Mərci supu – Ramazan üçün ənənəvi axşam yeməyi, tərkibində qırmızı mərcimək, soğan və bibər var, lakin asanlıqla lobya, noxud, düyü, yavan ət və digər inqrediyentləri qarışığa əlavə etmək olar. Mədədə çox yüngül olur və çox sağlam yeməkdir.

Fattuş, və ya çoban salatı - yaşıl bibər, pomidor, xiyar, yaşıl soğan və bağ göyərtilərinin ( ispanaq və nanə) heyranedici qarışığı, bu yemək yeyildikcə yaz havası bəxş edir. Bu xüsusi yemək milli mətbəxin sərhədlərini təzə yaz tərəvəzlərinin lətafətinə çevirir.

Tərəvəzlərlə bişirməyin fanatısınızsa və pəhrizinizə sağlam inqrediyentlər əlavə etməyin kreativ yollarını axtarırsızsa, lakin mətbəxdə uzun müddət qalıb, tərləmək istəmirsinizsə ( hər şeydən öncə, yaşayacağınız həyat və macəralar var!) Livan mətbəxindən uzağa getməyin. Boş vaxt axtaran və sağlam qidalanmaq istəyən məşğul şəxslər üçün, bu, həqiqətən, tanrı vergisidir.

Ecommerce Modal Title
Ecommerce Modal Description