Bu veb sayt istifadə məlumatlarınızı ("cookies") toplayır. Bu veb səhifəni istifadə edərək məxfilik siyasətinə razılıq verirsiniz.

Daha ətraflı

Macarıstan mətbəxi

Macarıstan mətbəxi yüngül və ya incə mətbəxlərə aid olmadığına baxmayaraq, onun bütün dünyada öz həvəskarları var. Müxtəlif bibərlər, soğan, sarımsaq və pomidor, və xörəklərin əksəriyyətində çoxlu miqdarda istifadə olunan istyuyudülmüş istiot Macarıstan mətbəxinə füsunkarlıq və ləzzətli dad bəxş edən inqrediyentlərdən bir neçəsidir.

Tərəvəzlər ilk növbədə

Müxtəlif bibər növləri, kələm, pomidor, soğan və kartof Macarıstan xörəklərinin səciyyəvi və  vacib inqrediyentləridir. Cürbəcür qidalı şorbalarda yuxarıda sadalanan tərəvəzlərin hamısından istifadə olunur; həzm prosesini və maddələr mübadiləsini  yaxşılaşdirdığı üçün onlardan əsas yeməklərdə də mütləq istifadə olunur.
 
 Goulash and fish soups are famous in hungarian cuisines

Günəş ətirli istiot

Bügün çox populyar olan istiot Macarlar tərəfindən hər zaman yüksək qiymətləndirilmirdi. 19-cu əsrə aid aşpazlıq kitablarında bu ədviyyat qeyd olunmur.  Türk işğalı zamanı bibərlərin yetiştirilməsi və istifadə olunması Macarıstanda çox populyar oldu. Əvvəlcə bibərlər o vaxt çətin tapılan üyüdülmüş istiotun əvəzinə istifadə olunurdu. Hal hazırda şirin və açı istiot Macarıstan mətbəxində çox populyardır. Burada hər cür rəngli və müxtəlif növlü xüsusi ətirə malik olan istiotlardan var.

 Peppers, onion, garlics, and tomatoes are essential ingredients of hungarian cuisines.

Faydalı şorbalar

Macarıstan mətbəxinə məxsus olan bir çox şorbaların arasında başqa ölkələrin qurmanları tərəfindən də çox sevilən  bográcsgulyás  adlanan qulyaş şorbası və halászlé – balıq şorbası var. Qulyaş şorbası ev şəraitində - gulyásleves, və tonqalın üzərində asılan xüsusi qazançada - bográcsgulyás hazırlana bilər. Bu xörəyin adı “tonqalın üzərində xörək bişirmək üçün qazança” mənasını verən “bogrács” sözündən əmələ gəlib.
Bu şorbanın tarixi keçmişdə köçəri çobanlar evlərindən uzaqda sərt şəraitdə qidalı xörək hazırlamalı olduğundan öz başlanğıcını götürür. “Bogracs” pörtlənmiş tərəvəzlər və ətdən hazırlanan xörək deməkdir. Macarıstanın müxtəlif reqionlarında o, xüsusi dada malik olan müxtəlif üsullarla hazırlanır. Şorbaya inqrediyentlərin əlavə olunma ardıcıllığı və həmçinin onların doğranma üsulu oldüqca böyük əhəmiyyət kəsb edir. Qazançalar hələ də Macarlar tərəfindən istifadə olunur və hər bir aşbaz xörəyin hazırlama reseptini qizli saxlayır.

Macarıstan mətbəxində istifadə olunan  başqa xörəklər

Macarıstan mətbəxi üçün başqa səciyyəvi yeməklər “lecsó” – ətlə qarnir kimi verilən pörtlənmiş tərəvəzlər, qulyaş və şorbalarda istifadə olunan “csipetke” klyotekləri, və ya “lángos” – xama, sarımsaq və ya pendirlə verilən yağda qızardılmış kartof blinçikləri. Çörək (xüsusilə buğda unundan hazırlanan) Macarıstan süfrələrində çox vacib olan bir məhsuldur. Buğda unundan hazırlanmış ‘kenyér’ çörəyi və ya ‘zsemle’ bulkaları adətən şorba və ya qulyaş ilə verilir. Blinçiklərdən başqa, desert üçün Macarlar meyvəli ruletlər və yaxud içi pendirli, xaş-xaşlı və ya qozlu ştrudellərdən süfrəyə verir.

Sizi maraqlandıra biləcək reseptlər

Vetçina, qulançar və qarğıdalı ilə qızılı blinçik

Yaxınlarlarınızı sevindirəcək ən dadlı yemək

2 nəfər 30-45 dəq Orta
Krem pendirli, noxudlu və qulançarlı makaron

Dadlı makaron istəyirsinizsə bu resept idealdır! Bu yeməyi hazırlamaq asandır və mütləq əlavə bir porsiya da istəyəcəksiniz

2 nəfər 15-30 dəq Asan
Proşuttolu, qaymaqlı noxud şorbası
Proşuttolu, qaymaqlı noxud şorbası

Yemək isti halda süfrəyə verilir, qaymaqlı noxud şorbası - bütün ailə üçün sağlam ləzzətdir!

2 nəfər 30-45 dəq Orta
Kuskuslu Meksika salatı
Kuskuslu Meksika salatı

Yaxınlarlarınızı sevindirəcək ən dadlı yemək

2 nəfər 15-30 dəq Asan
Macarıstan mətbəxi

Macarıstan mətbəxi yüngül və ya incə mətbəxlərə aid olmadığına baxmayaraq, onun bütün dünyada öz həvəskarları var. Müxtəlif bibərlər, soğan, sarımsaq və pomidor, və xörəklərin əksəriyyətində çoxlu miqdarda istifadə olunan istyuyudülmüş istiot Macarıstan mətbəxinə füsunkarlıq və ləzzətli dad bəxş edən inqrediyentlərdən bir neçəsidir.

Tərəvəzlər ilk növbədə

Müxtəlif bibər növləri, kələm, pomidor, soğan və kartof Macarıstan xörəklərinin səciyyəvi və  vacib inqrediyentləridir. Cürbəcür qidalı şorbalarda yuxarıda sadalanan tərəvəzlərin hamısından istifadə olunur; həzm prosesini və maddələr mübadiləsini  yaxşılaşdirdığı üçün onlardan əsas yeməklərdə də mütləq istifadə olunur.
 
 Goulash and fish soups are famous in hungarian cuisines

Günəş ətirli istiot

Bügün çox populyar olan istiot Macarlar tərəfindən hər zaman yüksək qiymətləndirilmirdi. 19-cu əsrə aid aşpazlıq kitablarında bu ədviyyat qeyd olunmur.  Türk işğalı zamanı bibərlərin yetiştirilməsi və istifadə olunması Macarıstanda çox populyar oldu. Əvvəlcə bibərlər o vaxt çətin tapılan üyüdülmüş istiotun əvəzinə istifadə olunurdu. Hal hazırda şirin və açı istiot Macarıstan mətbəxində çox populyardır. Burada hər cür rəngli və müxtəlif növlü xüsusi ətirə malik olan istiotlardan var.

 Peppers, onion, garlics, and tomatoes are essential ingredients of hungarian cuisines.

Faydalı şorbalar

Macarıstan mətbəxinə məxsus olan bir çox şorbaların arasında başqa ölkələrin qurmanları tərəfindən də çox sevilən  bográcsgulyás  adlanan qulyaş şorbası və halászlé – balıq şorbası var. Qulyaş şorbası ev şəraitində - gulyásleves, və tonqalın üzərində asılan xüsusi qazançada - bográcsgulyás hazırlana bilər. Bu xörəyin adı “tonqalın üzərində xörək bişirmək üçün qazança” mənasını verən “bogrács” sözündən əmələ gəlib.
Bu şorbanın tarixi keçmişdə köçəri çobanlar evlərindən uzaqda sərt şəraitdə qidalı xörək hazırlamalı olduğundan öz başlanğıcını götürür. “Bogracs” pörtlənmiş tərəvəzlər və ətdən hazırlanan xörək deməkdir. Macarıstanın müxtəlif reqionlarında o, xüsusi dada malik olan müxtəlif üsullarla hazırlanır. Şorbaya inqrediyentlərin əlavə olunma ardıcıllığı və həmçinin onların doğranma üsulu oldüqca böyük əhəmiyyət kəsb edir. Qazançalar hələ də Macarlar tərəfindən istifadə olunur və hər bir aşbaz xörəyin hazırlama reseptini qizli saxlayır.

Macarıstan mətbəxində istifadə olunan  başqa xörəklər

Macarıstan mətbəxi üçün başqa səciyyəvi yeməklər “lecsó” – ətlə qarnir kimi verilən pörtlənmiş tərəvəzlər, qulyaş və şorbalarda istifadə olunan “csipetke” klyotekləri, və ya “lángos” – xama, sarımsaq və ya pendirlə verilən yağda qızardılmış kartof blinçikləri. Çörək (xüsusilə buğda unundan hazırlanan) Macarıstan süfrələrində çox vacib olan bir məhsuldur. Buğda unundan hazırlanmış ‘kenyér’ çörəyi və ya ‘zsemle’ bulkaları adətən şorba və ya qulyaş ilə verilir. Blinçiklərdən başqa, desert üçün Macarlar meyvəli ruletlər və yaxud içi pendirli, xaş-xaşlı və ya qozlu ştrudellərdən süfrəyə verir.
Ecommerce Modal Title
Ecommerce Modal Description