Bu veb sayt istifadə məlumatlarınızı ("cookies") toplayır. Bu veb səhifəni istifadə edərək məxfilik siyasətinə razılıq verirsiniz.

Daha ətraflı

Makaronun ən məşhur növləri

Marketlərdə makaronun növləri o qədər çoxdur ki, adam seçim etməkdə çətinlik çəkir. Biz sizə makaronun növləri haqqında qısa məlumatı təqdim edirik və bu məlumatın köməyi ilə siz münasib makaronu seçə bilərsiniz.

Şübhə yoxdur ki, spagetti makaronun dünyada ən geniş yayılmış növüdür. Bu uzun və kövrək makaron çox vaxt əsas yeməklərdə istifadə olunur. Müxtəlif pomidor və ət sousları onu daha da dadlı edir.

Farfalle - Farfalle italyan dilindən tərcümədə “kəpənək” deməkdir və bu növ makaron məhz kəpənək formasındadır. Kəpənək makaronu hər növ sous və yüngül salatlarla gözəl vəhdət təşkil edir və eyni zamanda boşqabda cəlbedici görünür.

Kalamari - Bu makaron növünün forması su heyvanı olan kalmara çox bənzəyir. O, süfrəyə adətən tərəvəz, sous və balıqla birgə qoyulur.

Lazanya makaron növünün ölçüsü digər növlərə nisbətən daha iridir. O, nazik hamarlanmış xəmirin yastı, düzbucaqlı parçasıdır. Bu makaron bir qayda olaraq bir neçə dilimdən hazırlanır və hər dilimin arasına ət və tərəvəz kimi içliklər əlavə olunaraq bişirilir.

Kanneloni qalın, diametri 1.5-2sm olan içi boş borucuqdan ibarət makaron növüdür. Pendir, ispanaq və ya ət içliyi ilə pomidor sousu əlavə edilərək sobada bişirilir və əla dad verir.

Penne makaronun dünyaca məşhur digər bir növüdür. Penne italyan dilindən tərcümədə “qələm” deməkdir. O, adətən maili şəkildə kəsilmiş borucuqlardan ibarət olur. Penne zapekanka və salatlarda ən çox istifadə edilən makaron növüdür.

Makaronun ən məşhur növləri

Sevdiyiniz makaron növünü kəşf edin

Digər dadlı reseptlər üçün buraya daxil olun:

Mükəmməl makaronu necə bişirməli?

Ən məşhur makaron sousları

Sizi maraqlandıra biləcək reseptlər

Tiramisu - maskarpone pendirli italyan deserti

Tiramisu üçün resept - bu desert lanç üçün idealdır. Ənənəvi olaraq o, soyuq halda espresso ilə verilir.

4 nəfər 45 deq çox Asan
Göbələk, qurudulmuş pomidor və indau ilə rizotto

Dadlı və asan hazırlanan resept: göbələkli təzə rizotto.

2 nəfər 30-45 dəq Orta
Xoriatiklər – yunansayağı salat
Xoriatiklər – yunansayağı salat

Xoriatik resepti (yunansayağı salat)- yunan mətbəxinin tacı olan yemək.

2 nəfər 15-30 dəq Asan
Tərəvəzlər ilə krevet
Tərəvəzlər ilə krevet

Yaponsayağı tərəvəzlər ilə krevet resepti.

3 nəfər 45 deq çox Çətin
Makaronun ən məşhur növləri

Marketlərdə makaronun növləri o qədər çoxdur ki, adam seçim etməkdə çətinlik çəkir. Biz sizə makaronun növləri haqqında qısa məlumatı təqdim edirik və bu məlumatın köməyi ilə siz münasib makaronu seçə bilərsiniz.

Şübhə yoxdur ki, spagetti makaronun dünyada ən geniş yayılmış növüdür. Bu uzun və kövrək makaron çox vaxt əsas yeməklərdə istifadə olunur. Müxtəlif pomidor və ət sousları onu daha da dadlı edir.

Farfalle - Farfalle italyan dilindən tərcümədə “kəpənək” deməkdir və bu növ makaron məhz kəpənək formasındadır. Kəpənək makaronu hər növ sous və yüngül salatlarla gözəl vəhdət təşkil edir və eyni zamanda boşqabda cəlbedici görünür.

Kalamari - Bu makaron növünün forması su heyvanı olan kalmara çox bənzəyir. O, süfrəyə adətən tərəvəz, sous və balıqla birgə qoyulur.

Lazanya makaron növünün ölçüsü digər növlərə nisbətən daha iridir. O, nazik hamarlanmış xəmirin yastı, düzbucaqlı parçasıdır. Bu makaron bir qayda olaraq bir neçə dilimdən hazırlanır və hər dilimin arasına ət və tərəvəz kimi içliklər əlavə olunaraq bişirilir.

Kanneloni qalın, diametri 1.5-2sm olan içi boş borucuqdan ibarət makaron növüdür. Pendir, ispanaq və ya ət içliyi ilə pomidor sousu əlavə edilərək sobada bişirilir və əla dad verir.

Penne makaronun dünyaca məşhur digər bir növüdür. Penne italyan dilindən tərcümədə “qələm” deməkdir. O, adətən maili şəkildə kəsilmiş borucuqlardan ibarət olur. Penne zapekanka və salatlarda ən çox istifadə edilən makaron növüdür.

Makaronun ən məşhur növləri

Sevdiyiniz makaron növünü kəşf edin

Digər dadlı reseptlər üçün buraya daxil olun:

Mükəmməl makaronu necə bişirməli?

Ən məşhur makaron sousları

Ecommerce Modal Title
Ecommerce Modal Description