Qəhvenin xeyiri və zərəri

Bəzi insanlar qəhvəni dadına görə, bəziləri də gün ərzində enerji toplamaq üçün içir. Bundan əlavə qəhvə bizim sağlamlığımıza müsbət təsir göstərir. Bu ilk növbədə yaşlanma prosesini ləngidən güclü antioksidləşdiricidir. Həmçinin bu içki qandakı mənfi xolesterinin səviyyəsini azaldaraq aterosklerozun və ürək-damar xəstəliklərinin inkişafının qarşısını alır.

Aparılmış tədqiqatlar göstərir ki, qəhvə içmək miqrenin tezliyini, II növ diabet xəstəliyinin, xərçəngin bəzi növlərinin, Parkinson və Alzheimer kimi xəstəliklərin və eyni zamanda kariyes və astma riskini azaldır. Tədqiqatlar nəticəsində müəyyən edilib ki, qəhvədən mütəmadi olaraq içmək qısa müddətli yaddaşı yaxşılaşdırır və öyrənməyə kömək edir.

Qəhvə içməyin zərəri xeyirindən daha azdır, lakin bundan agah olmaq lazımdır. Ən başlıcası, bu içki maqnezium, kalsium və B vitaminini bədəndən xaric edir. Bundan əlavə mədədə problem olan zaman qəhvədən imtina etmək lazımdır. Belə ki, qəhvə mədə şirəsinin həddindən artıq ifraz olunmasına səbəb olur. Qəhvəni həddindən artıq çox içməyiniz yorğunluq və qıcıqlanmaya və həmçinin yuxu problemlərinə gətirib çıxara bilər. Bu səbəbdən qəhvənin gündəlik dozasını aşmaq olmaz.

Qəhvənin xeyiri və zərəri

Az miqdarda qəhvə sağlamlığa xeyirdir.

Daha çox ilham və məlumat burada: Kofe - hissləri stimullaşdıran içki

Sizi maraqlandıra biləcək reseptlər

Alfaxores- qatılaşdırılmış südlü biskvitlər

Birçox Latin Amerika ölkələrində və İspanyada Alfaxores adı ilə şirniyyat görə bilərsiniz, lakin reseptlər tamamilə fərqlənir.

20 nəfər 45 deq çox Orta
Pomidoru və şüyüdlü yaşıl lobya

Pomidoru və şüyüdlü yaşıl lobya

Bol şüyüd və sarımsaqlı isti lobyalı yemək! Çox sadə və dadlı. Süfrəyə həm qəlyanaltı, həm də əsas yemək kimi verilə bilər.

2 nəfər 15-30 dəq Asan
Pizza bütün dünyada sevilən yemək

Pizza bütün dünyada sevilən yemək

Bolqar bibərli kiçik pizza resepti. Pizza xəmiri resepti öz uzun tarixi var.

2 nəfər 45 deq çox Orta
Qızardılmış pendir – "smazeny syr"

Qızardılmış pendir – "smazeny syr"

Çex mətbəxində məşhur və hazırlanması çox asan olan ləzzətli qızardılmış pendir resepti .

2 nəfər 30-45 dəq Asan