
Appertizasiya
Bu metod 1810-cu ildə Nikolas Appert tərəfindən aşkar olunub. O, qidanı hermetik konteynerlərdə, suya salınmış halda bişirməkdən ibarətdir. Appertizasiya pasterizə edilmə metodlarından biridir. Bu proses zamanı qidadakı zərərli mikroorqanizmlərin sonrakı inkişafının qabağı alınır. Beləliklə qida, dadı dəyişilmədən tamamilə zərərsiz qalır. Həm tərəvəzlər, həm də meyvələr bu metodla saxlanıla bilər.
Pasterizə edilmə
Lui Paster fermentasiya prosesini tədqiq edərkən, pasterizə edilmə metodunu icad etmişdi. Pasterizə edilmə zamanı qida, mikroorqanizmlər məhv edilənə qədər qızdırılır. Klassik pasterizə edilmə metodu qidanın 60-100 dərəcə arasında qızdırılmasından ibarətdir. Vacibi isə odur ki, bu metod qidanın dadını və qidalandırıcı keyfiyyətlərini saxlamağa, həm də vitaminlərini itirməməyə imkan verir.
Dondurulma
Dondurulma qida saxlanmasının ən müasir və həmçinin effektiv metodudur. Qida müxtəlif temperaturda dondurulur; meyvə və tərəvəzlər təxminən -30°C - -40°C, ət -20°C - -40°C temperaturda dondurulur. Dondurulan ərzaqlar öz diyetik və orqanoleptik cəhətlərini saxlayır. Bu metod o birilərə nisbətən ərzaqın daha çox qidalandırıcı maddələri, o cümlədən bədənlərimiz üçün vacib olan vitaminləri, həmçinin mineralları, zülalları və piyləri saxlamağa imkan verir. Lakin qida bir dəfədən çox dondurula bilməz.
Turşuya qoyma və fermentasiya
Turşuya qoyma qida saxlanmasının bioloji metodudur. O, qıcqırma nəticəsində süd turşusunun əmələ gəlməsinə əsaslanır. Turşuya qoyma metodu əsasən tərəvəzlərin saxlanması üçün işlədilir. Bu metod qidanın diyetik dəyərlərini saxlamağa imkan verir. Kələmin turşuya qoyulması çoxlu Avropa ölkələrində populyar olan adi bir praktikadır. Düzgün şəkildə turşuya qoyulmuş kələm xüsusi çəlləyə sıx-sıx yığılmalıdır. Turşuya qoyma prosesi zamanı şorabanı əlavə etmək vacibdir ki, o kələm suyunun ayrılmasını stimullaşdırır və süd turşusu bakteriyasının inkişafını sürətləndirir.
Qurutma
Bu metoddan həm ev təsərrüfatında, həm də qida emal edən fabriklərdə istifadə edilir. Qidanın qurudulması, yüzillərlə məlum olmasına baxmayaraq, daima yaxşılaşdırılır. Qurutma prosesində, su qidadan ayrılır, bu isə mikroorqanizmlərə qarşı effektiv müdafiədir. Qurutma metodu çay, qəhvə, makaron və quru meyvələr istehsalatında işlədilir.
Hisə vermə
Ət, balıq və ya pendirlərin hisə verilməsi prosesi xüsusi hisxanalarda keçirilir. Hisə vermə üçün əsasən yarpaqlı ağaclardan odun yandırılır. Bu proseslə saxlanılmaqla yanaşı, qida məhsulları xüsusi ətir və dad əldə edir.