Bu veb sayt istifadə məlumatlarınızı ("cookies") toplayır. Bu veb səhifəni istifadə edərək məxfilik siyasətinə razılıq verirsiniz.

Daha ətraflı

Qışda üşüməmək və çəki qazanmamaq üçün nə etməli

üşüməmək

Soyuq qış zamanı 

  • Yaxşı səhər yeməyi yeyin və üzərindən isti süd və ya çay için.
  • Yeməklərinizi müntəzəm olaraq yeyin; soyuq hiss edənə qədər ac qalmayın.
  • Gündə ən az iki dəfə isti yeməklər yeyin. Bədəniniz az enerji itirəcək və həzmdən öncə qidanı isitməyə çalışmayacaq.

Meyvə və tərəvəzləri unutmayın 

Gündə ən az iki dəfə meyvə və tərəvəz yesəniz, immuniteti azaldan vitamin çatışmazlığı ilə üzləşməyəcəksiniz. Vitaminlər və minerallar bədənin həzm sistemini tənzimləyir. Əgər bədəni vitaminlərlə təmin etməsək, o, piyləri əritmək əvəzinə onları toplayır və bu piylənmə ilə nəticələnir. Bahalı təzə meyvə və tərəvəzlər almağa məcbur deyilsiniz, donmuş olanları da almaq olar. 

Zərif qalmaq istərdinizmi? Ədviyyatlardan istifadə edin

Ədviyyatlar bədənimizi isidir və qan dövranı sisteminə stimul verir. Eyni zamanda, bakteriyanı öldürdüyü üçün, soyuqdəyməyə qarşı mübarizədə yardımçı olur. Metabolizmi artıraraq, həzmə dəstək olur və bu zərif qalmağa kömək edir. Suplara, souslara, ət və balıqlara ədviyyat əlavə edin - onlara qara istiot, acı bibər, dəfnə yarpağı, ətirli istiot, rozmarin, zəncəfil və darçın vurun.

Şorbalara üstünlük verin

Şorbalar çəki qazandırmır; əksinə, onları itirməyə kömək edir, çünki əsasən sudan ibarətdir. Onlar bədəni mükəmməl şəkildə qızdıran dadlı tərəvəz bulyonuna və bu istiliyin effektini artıran ədviyyatlara əsaslanır. Bir tikə ətlə olan şorba vitaminlərlə zəngin yemək ola bilər və dadlı bulyonun kalorisi çox olmur. Bir fincan bulyon yalnız, 100 kkal ilə təmin edir ki, bu gündəlik minimum kalori istehlakının 5%-dir. Beləliklə, siz vücudunuz barədə narahat olmadan, isinmək üçün yaxşı sup içə bilərsiniz.

 

Yağlı qidalardan yayının

Dərin kök salmış bir fikir var ki, kalorili qidalar bizi isti saxlayır. Piy sinir sistemimizi, daxili orqanları qorumaq və hormonlar ifraz etmək üçün lazımdır, lakin səciyyəvi yağ qəbulunun yalnız yarısı (gündəlik 70 qr) kifayət edir, qalanı isə piy hüceyrələri tərəfindən absorbsiya edilir və... çəki qazanırıq. Yağsız kolbasa və az yağlı süd məhsullarını seçin, əti alümin folqada qızardın.

İsinmək üçün alkoqoldan heç vaxt istifadə etməyin

Xüsusilə, boş mədəyə. Faktiki olaraq, bir neçə qurtum alkoqol içəndən sonra biz isti hiss edirik, o tez zamanda absorbsiya edilir və hissiyat gedir. Bu cür isinmədən sonra soyuq havaya çıxmaq bədənin bəzi hissələrinin don vurmasına səbəb olur. Alkoqol sinir sisteminin soyuğu hiss etməsini yavaşladır.


Sizi maraqlandıra biləcək reseptlər

Tərəvəz salatı
Tərəvəz salatı

Polşalılar tərəfindən sevilən məşhur tərəvəz salatı.

6 nəfər 45 deq çox Asan
Yaşıl lobya və pendirlə qatlama
Yaşıl lobya və pendirlə qatlama

Qat-qat xəmirdən yaşıl lobya və pendirlə dadlı qatlamalar. Bu yeməyi süfrəyə ayrıca yemək və ya qarnir kimi vermək olar.

3 nəfər 30-45 dəq Orta
Suşi düyüsü
Suşi düyüsü

Suşinin əsası olan suşi düyüsü üçün resept.

4 nəfər 45 deq çox Orta
Tərəvəzlər ilə krevet
Tərəvəzlər ilə krevet

Yaponsayağı tərəvəzlər ilə krevet resepti.

3 nəfər 45 deq çox Çətin
Qışda üşüməmək və çəki qazanmamaq üçün nə etməli
üşüməmək

Soyuq qış zamanı 

  • Yaxşı səhər yeməyi yeyin və üzərindən isti süd və ya çay için.
  • Yeməklərinizi müntəzəm olaraq yeyin; soyuq hiss edənə qədər ac qalmayın.
  • Gündə ən az iki dəfə isti yeməklər yeyin. Bədəniniz az enerji itirəcək və həzmdən öncə qidanı isitməyə çalışmayacaq.

Meyvə və tərəvəzləri unutmayın 

Gündə ən az iki dəfə meyvə və tərəvəz yesəniz, immuniteti azaldan vitamin çatışmazlığı ilə üzləşməyəcəksiniz. Vitaminlər və minerallar bədənin həzm sistemini tənzimləyir. Əgər bədəni vitaminlərlə təmin etməsək, o, piyləri əritmək əvəzinə onları toplayır və bu piylənmə ilə nəticələnir. Bahalı təzə meyvə və tərəvəzlər almağa məcbur deyilsiniz, donmuş olanları da almaq olar. 

Zərif qalmaq istərdinizmi? Ədviyyatlardan istifadə edin

Ədviyyatlar bədənimizi isidir və qan dövranı sisteminə stimul verir. Eyni zamanda, bakteriyanı öldürdüyü üçün, soyuqdəyməyə qarşı mübarizədə yardımçı olur. Metabolizmi artıraraq, həzmə dəstək olur və bu zərif qalmağa kömək edir. Suplara, souslara, ət və balıqlara ədviyyat əlavə edin - onlara qara istiot, acı bibər, dəfnə yarpağı, ətirli istiot, rozmarin, zəncəfil və darçın vurun.

Şorbalara üstünlük verin

Şorbalar çəki qazandırmır; əksinə, onları itirməyə kömək edir, çünki əsasən sudan ibarətdir. Onlar bədəni mükəmməl şəkildə qızdıran dadlı tərəvəz bulyonuna və bu istiliyin effektini artıran ədviyyatlara əsaslanır. Bir tikə ətlə olan şorba vitaminlərlə zəngin yemək ola bilər və dadlı bulyonun kalorisi çox olmur. Bir fincan bulyon yalnız, 100 kkal ilə təmin edir ki, bu gündəlik minimum kalori istehlakının 5%-dir. Beləliklə, siz vücudunuz barədə narahat olmadan, isinmək üçün yaxşı sup içə bilərsiniz.

 

Yağlı qidalardan yayının

Dərin kök salmış bir fikir var ki, kalorili qidalar bizi isti saxlayır. Piy sinir sistemimizi, daxili orqanları qorumaq və hormonlar ifraz etmək üçün lazımdır, lakin səciyyəvi yağ qəbulunun yalnız yarısı (gündəlik 70 qr) kifayət edir, qalanı isə piy hüceyrələri tərəfindən absorbsiya edilir və... çəki qazanırıq. Yağsız kolbasa və az yağlı süd məhsullarını seçin, əti alümin folqada qızardın.

İsinmək üçün alkoqoldan heç vaxt istifadə etməyin

Xüsusilə, boş mədəyə. Faktiki olaraq, bir neçə qurtum alkoqol içəndən sonra biz isti hiss edirik, o tez zamanda absorbsiya edilir və hissiyat gedir. Bu cür isinmədən sonra soyuq havaya çıxmaq bədənin bəzi hissələrinin don vurmasına səbəb olur. Alkoqol sinir sisteminin soyuğu hiss etməsini yavaşladır.

Ecommerce Modal Title
Ecommerce Modal Description