Yalnız bircə gün
Bu birgünlük pəhriz əsl zövqdür, 5 dəfə yeyirsən və aclıq hiss etmirsən, tox olursan.

Faydalı
Səhər yeməyi, lanç və nahar zamanı daha çox, günorta yeməyi və şam zamanı isə daha az yemək yeyin. Bütün günü şəkərsiz bitki və meyvə çayı içmək olar.
Yüksək əhval-rühiyyə
O, adamı möhkəmləndirir, həzmi gücləndirir, yüngüllük hissi , zehni rahatlıq verir və əhval-ruhiyyəni qaldırır.
Pəhrizin əsasında çiy və ya az (3-5 dəq. duzlu suda) bişmiş meyvə və tərəvəzlər dayanır.
Menyu
Yüngül qəlyanaltı 2 xörək qaşığı kəsmik, limon şirəsi, duz və döyülmüş ağ istiot qatılmış 3 ədəd sürtkəcdən keçirilmiş yerkökü.
Lanç Kasnı və ya kahı, 3 ədəd yerkökü, xiyar, 2 ədəd pomidor, 1 soğan və bərk bişirilmiş yumurtalardan salat hazırlayın, limon şirəsi, düz, istiot və zeytun yağı, 1 çayqaşığı sürtkəcdən keçirilmiş qıtığotu qatın, kəvərlə bəzəyin.
Günorta yeməyi Yarım stəkan kefiri soğan və xiyar ilə qarışdırın, şüyüd, bir çimdik qırığotu, duz və istiot qatın.
Nahar Sendviç: İki nazik dilim tam buğda çörəyi, yağlılıq dərəcəsi az olan kərə yağı, kahı yarpaqları, 2 ədəd pomidor, yarım xiyar, 2 çayqaşığı kəsmik, bir az soğan, kəvər, duz, istiot, arzu olunan ot əlavə olunur.