Sağlamlığa faydalı vitamin E

E vitamini A və C vitaminləri ilə birgə orqanizmi oksidləşmə nəticəsində hüceyrələrin zədələnməsindən və həmçinin azad radikalların hüceyrələrə mənfi təsir göstərməsindən qoruyan güclü antioksidləşdiricidir. Vitamin E eyni zamanda aktiv antikoaqulyantın sintezində iştirak edərək hüceyrə pərdələrinin keçiriciliyini təmin edir və qanda trombositin toplanma ehtimalını azaldır. Bundan əlavə E vitamini qırmızı qan hüceyrələrinin qorunmasında, gen ekspressiyasında və sinir impulslarının bədən boyunca ötürülməsində iştirak edir. O, həmçinin gözün düzgün fəaliyyətinə kömək edir.

Orqanizmdə vitamin E çatışmazlığına nadir hallarda təsadüf edilməsinə baxmayaraq kistik fibroz və çölyak xəstəliyindən əziyyət çəkən insanlarda daha çox rast gəlinir. Bədəndə E vitamini çatışmazlığının ən mühüm simptomlarından halsızlıq, anemiya, sinir sisteminin zədələnməsi, əzələ degenerasiyası və infeksiyalara tez yoluxmanı qeyd etmək olar.

Vitamin E yalnız bitkilərdən alınır. Bu vitaminin ən qiymətli təbii mənbələri yağlar, xüsusən də buğda toxumunun yağıdır. E vitamini həmçinin qoz-fındıq, tam taxıl, yaşıl yarpaqlı tərəvəzlər: kahı, ispanaq və kələmdən alınır.

AZ-VITAMIN-E

Öz menyunuzu E vitamini ilə zənginləşdirəcək tərzdə planlayın.

Sağlamlığınız haqqında daha ətraflı buradan öyrənin:

Tərəvəzlər süfrənizdəki vitaminlər

Pəhrizlər – Ən yaxşı pəhrizlərin seçilməsi

Sizi maraqlandıra biləcək reseptlər

Duzlu qızılbalıq

Duzlu qızılbalıq

Mərcimək souslu duzlu qızıl balıq resepti

3 nəfər 45 deq çox Orta
Qızardılmış pendir – "smazeny syr"

Qızardılmış pendir – "smazeny syr"

Çex mətbəxində məşhur və hazırlanması çox asan olan ləzzətli qızardılmış pendir resepti .

2 nəfər 30-45 dəq Asan
Käsekuchen - çizkeyk, kəsmikli piroq

Käsekuchen - çizkeyk, kəsmikli piroq

Nəinki Almaniyada, başqa ölkələrdə də populyar olan kəsmikli piroq – Käsekuchen-in resepti.

4 nəfər 45 deq çox Orta
Qundelsayağı blinçiklər

Qundelsayağı blinçiklər

Qundesayağı blinçiklərin resepti