K vitamini sayəsində qanın yaxşı laxtalanma qabiliyyəti

Vitamin K qanın laxtalanması üçün zəruri olan protrombinin qaraciyərdə formalaşmasında mühüm rol oynayır. Qaraciyərdə formalaşan digər laxtalayıcı amillər də K vitamininin olmasını tələb edir. Protrombin və ya bu amillərdən hər hansı biri çatışmayan zaman qan zəif laxtalanır və ya ümumiyyətlə laxtalanmır. Belə olan halda hətta kiçik bir yara uzun sürən qanaxmaya səbəb ola bilər.

Vitamin K həmçinin sümüklərin kalsiumu mənimsəməsində iştirak edir. K vitamininin uzun müddət çatışmaması osteoporoza – sümüklərin kövrəkləşməsinə və tez sınma ehtimalının artmasına gətirib çıxara bilər. Xoşbəxtlikdən bu çatışmazlığa az hallarda rast gəlinir və bu səbəbdən sağlam orqanizm əlavə vitamin qəbuluna ehtiyac duymur.

Vitamin K çatışmazlığı ciddi bağırsaq və qaraciyər xəstəlikləri zamanı və uzun müddət antibiotiklərlə müalicə nəticəsində meydana gəlir. Belə ki, xolesterini azaldan dərmanlar K vitamininin qana hopmasının qarşısını alır. Antikoaqulyant qəbul edən xəstələrdə K vitamini öz təsirini itirir və bu da osteoporozun yaranma ehtimalını artırır.

İnsan orqanizmi K vitaminini inkişaf etdirmək qabiliyyətinə malik olmadığı üçün bu vitamini qidalardan əldə etmək zərurəti yaranır. K vitamininə əsasən yaşıl yarpaqlı tərəvəzlərdə (məs. brokoli, kahı, kələm, ispanaq), çiyələkdə, soya yağında və heyvan mənşəli bəzi məhsullarda (məs. yumurta, malın qaraciyəri) rast gəlinir.

K-AZ

Vitamin K ilə sağlam sümüklərə sahib olun

Sağlamlığınız haqqında daha ətraflı buradan öyrənin:

Qidalanma üzrə tərəvəzlər ensiklopediyası

Pəhrizlər – Ən yaxşı pəhrizlərin seçilməsi

Sizi maraqlandıra biləcək reseptlər

Käsekuchen - çizkeyk, kəsmikli piroq

Käsekuchen - çizkeyk, kəsmikli piroq

Nəinki Almaniyada, başqa ölkələrdə də populyar olan kəsmikli piroq – Käsekuchen-in resepti.

4 nəfər 45 deq çox Orta
Kornişonlu orijinal mitbollar.

Kornişonlu orijinal mitbollar.

Klassik mitbolları yeni şəkildə təqdim etmək olar!

2 nəfər 30-45 dəq Çətin
Burrito - aclığınızı yatırdacaq yemək

Burrito - aclığınızı yatırdacaq yemək

Meksika mətbəxini sevənləri ən favorit yeməyi - burrito resepti.

12 nəfər 45 deq çox Orta
Proşuttolu, qaymaqlı noxud şorbası

Proşuttolu, qaymaqlı noxud şorbası

Yemək isti halda süfrəyə verilir, qaymaqlı noxud şorbası - bütün ailə üçün sağlam ləzzətdir!

2 nəfər 30-45 dəq Orta