

Gündə 5 dəfə tərəvəz və meyvələr
Tərəvəzlər əsasən sağlam karbohidratlar, vitamin və minerallardan ibarətdir. Meyvələr bizə əsasən vitaminləri verir. Onlardan marketlərimizdə çoxdur. Hətta, qışda belə böyük çeşid var. Əgər təzə meyvə və tərəvəzlər əldə edə bilməsək, donmuş və konservləşdirilmiş meyvələr həmişə var.
Su və fiziki fəaliyyət
Hər gün su içmək vərdişini inkişaf etdirək - bu bizim pəhrizimizin əvəzedilməz inqredientidir. Yetkin şəxs hər gün 1.5 l-dən 2 l-ə qədər maye içməlidir. Əgər sağlamlığımız vacibdirsə, daha bir yaxşı vərdiş fiziki fəaliyyətdir ki, bu zaman daha çox maye içmək lazımdır. Yaxşı olardı ki, bizə zövq verən fiziki fəaliyyət formasını seçək.
Yemək mədəniyyəti
Qonaqlıqda olarkən, sadəcə sevmədiyinizə görə ispanaq yeməmək düzgün deyil. Ən əsası isə, onu boşqabda buraxmaq ağıllı hərəkət deyil, çünki çoxlu vitaminlərdən ibarətdir. Yeni dadlar kəşf etmək və ya yeni yeməkdə dadları təzə versiyada əldə etmək çox xoşagələn ola bilər; bu həmçinin, menyumuzu zənginləşdirə və bədənimizi çatışmayan qidalandırıcı elementlərlə təmin edə bilər.
Bazarlıq planı
Əgər bazarlığı planlayırıqsa, nə yeyəcəyimizə nəzarət etmək asan olacaq və bu bizə sağlam və çeşidli olanları yemək imkanları verəcək. Yüngül yeməklər seçərkən yoğurt, meyvələr, tərəvəzlər və qoz-fındıq seçək. Şirniyyat seçərkən, sadəcə boş kalori olmayanları seçək.

Heyvan yağlarının bitki yağları ilə əvəz etmək
Heyvan mənşəli yağlar bədənimizdə xolesterolun miqdarını artırır; buna görə də, ət alarkən onun yavan olub olmadığına diqqət etmək lazımdır. Biz həmçinin, yeməkləri bitki və ya zeytun yağları ilə hazırlamağı öyrənməliyik. Yeməkləri yağsız qızartmağa imkan verən, yaxşı qızardan tavaya pul xərcləməyə dəyər.
Daha az duz və şəkər
Duzun insan bədənində həyati önəmi var, lakin yetişkin üçün gündəlik qəbul 5-6 qr-ı keçməməlidir. Biz həmçinin, pəhrizimizdəki şəkər qəbulunu da məhdudlaşdırmalıyıq. Həyatımıza sağlam yemək tərzi gətirmək çətin deyil.