Hazır yeməklərə tərəvəz ilə dada gətirmək üçün ideyalar

Hazır və ya fast-fuddan alıb apardığınız yeməkləri tərəvəz, tez hazırlanan donmuş noxudlar və ya pomidor dilimləri əlavə etməklə dada gətirmək olar . Əgər donmuş balıq çubuqları süfrəyə verirsinizsə, onları müşaiyət etmək üçün donmuş noxud və qarğıdalı tövsiyyə edirik.

Hazır yeməkləri bəzəmək üçün bəzi ideyalar:

  • Pitsanın ən üstünə pomidor konservi (göyərti, ədviyyat və ya sarımsaqlı olması yaxşıdır) və donmuş tərəvəzlər qoya bilərsiniz, misal üçün doğranmış ispanaq, brokkoli, noxud və qarğıdalı. Üzərinə pendir və ya unlama suxari əlavə edin.
  • Donmuş lazanyanın üzərinə, sukkini dilimləri və pomidor qoya bilərsiz. Onların hamısını kəsilmiş parmezanla qarışdırın və yeməyi sobada bişirin. Süfrəyə salatla verin.
  • Hazır Meksika yeməyi yerindəcə hazırlanan salsa sousu ilə verilə bilər. Bir qədər pomidor, 1 ədəd xiyar, bir soğan və kərəvizi kub şəklində doğrayın. Bütün inqrediyentləri qarışdırın və üzərinə duz, istiot əlavə edin. Kub formasında doğranmış çili bibəri və keşniş əlavə edin.
  • Donmuş meyvə piroqunun üzərinə bir qat tərəvəz əlavə edin və isinənə qədər və tərəvəzlər yumşalana qədər sobada bişirin. Bunun üçün bir qədər göbələk və pomidor dilimləmək, bibərləri və yunan qabağını isə zolaqlara doğramaq tövsiyyə olunur.
  • Fəsəli və ya tortilya alarkən onları doğranmış donmuş ispanaqla doldurmaq olar: onların donu açmalıdır, sonra az yağlı kəsmik ilə və doğranmış yaşıl soğanla qarışdırılmış rulon şəkilli ispanaqla onları doldurun. Fəsəliləri odadavamlı qaba qoyun, 1-2 banka doğranmış pomidor və göyərti əlavə edin, üzərinə pendir səpin və sobada bişirin.
  • Hind yeməkləri ilə raytaya (hind salatı) bənzər salat hazırlamaq olar. Kublara doğranmış xiyarları yaşıl soğanla, sütkəcdən keçirilmiş yerkökü ilə, doğranmış vəzəri və ya keşnişlə az yağlı təbii yoqurtla qarışdırmaq lazımdır. Təzə doğranmış nanə və bir qədər qırmızı istiot əlavə edin.
  • Çin yeməkləri üçün adi şərq salatını tövsiyyə edirik. Təzə lobya cücərtilərini doğranmış yaşıl soğanla, konservləşdirilmiş bambuk cücərtiləri və dilimlənmiş su cövüzü ilə qarışdırın. Bu salatı üzərinə küncüd yağı və soya sousu süzülmüş Çin kələmi yarpaqlarının üstünə qoyub süfrəyə verin.

Sizi maraqlandıra biləcək reseptlər

Dönər-kəbab
Dönər-kəbab

Şaquli şişdə qızardılmış və təndir çörəyinin içinə qoyularaq süfrəyə verilən quzu ətindən türk xörəyi.

4 nəfər 45 deq çox Asan
Toyuq ətli Sezar salatı
Toyuq ətli Sezar salatı

Sezar salatı resepti.

2 nəfər 30-45 dəq Asan
Cacık - qatıq və təzə xiyardan sous
Cacık - qatıq və təzə xiyardan sous

Cacık resepti- zeytun yağı, sarımsaq, duz və istiot əlavə edilərək, yoğurt və təzə xiyar ilə hazırlanan sous

6 nəfər 30-45 dəq Asan
Mayonez
Mayonez

Əsl adı mayonezli sous olan ama daha çox “mayonez” kimi bilinən Fransız sousu resepti.

4 nəfər 15-30 dəq Asan
Hazır yeməklərə tərəvəz ilə dada gətirmək üçün ideyalar

Hazır və ya fast-fuddan alıb apardığınız yeməkləri tərəvəz, tez hazırlanan donmuş noxudlar və ya pomidor dilimləri əlavə etməklə dada gətirmək olar . Əgər donmuş balıq çubuqları süfrəyə verirsinizsə, onları müşaiyət etmək üçün donmuş noxud və qarğıdalı tövsiyyə edirik.

Hazır yeməkləri bəzəmək üçün bəzi ideyalar:

  • Pitsanın ən üstünə pomidor konservi (göyərti, ədviyyat və ya sarımsaqlı olması yaxşıdır) və donmuş tərəvəzlər qoya bilərsiniz, misal üçün doğranmış ispanaq, brokkoli, noxud və qarğıdalı. Üzərinə pendir və ya unlama suxari əlavə edin.
  • Donmuş lazanyanın üzərinə, sukkini dilimləri və pomidor qoya bilərsiz. Onların hamısını kəsilmiş parmezanla qarışdırın və yeməyi sobada bişirin. Süfrəyə salatla verin.
  • Hazır Meksika yeməyi yerindəcə hazırlanan salsa sousu ilə verilə bilər. Bir qədər pomidor, 1 ədəd xiyar, bir soğan və kərəvizi kub şəklində doğrayın. Bütün inqrediyentləri qarışdırın və üzərinə duz, istiot əlavə edin. Kub formasında doğranmış çili bibəri və keşniş əlavə edin.
  • Donmuş meyvə piroqunun üzərinə bir qat tərəvəz əlavə edin və isinənə qədər və tərəvəzlər yumşalana qədər sobada bişirin. Bunun üçün bir qədər göbələk və pomidor dilimləmək, bibərləri və yunan qabağını isə zolaqlara doğramaq tövsiyyə olunur.
  • Fəsəli və ya tortilya alarkən onları doğranmış donmuş ispanaqla doldurmaq olar: onların donu açmalıdır, sonra az yağlı kəsmik ilə və doğranmış yaşıl soğanla qarışdırılmış rulon şəkilli ispanaqla onları doldurun. Fəsəliləri odadavamlı qaba qoyun, 1-2 banka doğranmış pomidor və göyərti əlavə edin, üzərinə pendir səpin və sobada bişirin.
  • Hind yeməkləri ilə raytaya (hind salatı) bənzər salat hazırlamaq olar. Kublara doğranmış xiyarları yaşıl soğanla, sütkəcdən keçirilmiş yerkökü ilə, doğranmış vəzəri və ya keşnişlə az yağlı təbii yoqurtla qarışdırmaq lazımdır. Təzə doğranmış nanə və bir qədər qırmızı istiot əlavə edin.
  • Çin yeməkləri üçün adi şərq salatını tövsiyyə edirik. Təzə lobya cücərtilərini doğranmış yaşıl soğanla, konservləşdirilmiş bambuk cücərtiləri və dilimlənmiş su cövüzü ilə qarışdırın. Bu salatı üzərinə küncüd yağı və soya sousu süzülmüş Çin kələmi yarpaqlarının üstünə qoyub süfrəyə verin.
Ecommerce Modal Title
Ecommerce Modal Description