Hazırlıq addımları
-
Böyük bir kasaya su və südü tökün.
-
Oraya yumurtaları əlavə edin və hamısını yaxşıca qarışdırın.
-
Şəkər (yalnız şirin içlik üçün), duz və bitki yağı əlavə edin.
-
Yaxşıca qarışdırın.
-
Tədricən, nəticədə topalar olmayan və qatılığına görə xamanı xatırladan xəmirin alınması üçün unu əlavə edin.
-
Tavada, yaxşı qızdırılmış bitki yağında qızardın. Xəmir nazik təbəqə ilə tavanın bütün səthini örtməlidir. Binçikin altı sarı-qəhvəyi olduqda digər tərəfdən qızartmağa başlayın.
-
Kəsmik içliyi: Kişmişdən başqa bütün tərkib hissələrini həmcins, hamar kütlə alınana qədər qarışdırıcının köməyilə qarışdırın.
-
Kişmiş əlavə edin və yenidən qarışdırın.
-
Blinçikin üzərinə 4 qaşıq qoyun.
-
Göbələkli içliyi: Marqarini tavada qızdırın.
-
Soğanı qızarana qədər qovurun.
-
Göbələkləri zolaq şəklində doğrayın, soğan əlavə edin və pörtlədin.
-
Unu əlavə edib topasız hala gələnə qədər qarışdırın
-
Tədricən su əlavə edin
-
Zövqə görə duz və istiot əlavə edin
-
Qatı kütlə alınana qədər pörtlədin.
-
Hər blinçikin üzərinə 2 qaşıq içlik qoyun