Hazırlıq addımları
-
Tərəvəzləri doğrayın : bolqar bibərini uzun uzun doğrayın, badımcanın üst hissəsini və kabakı uzun uzun doğrayın . Cəfərini ve sarımsağı incə doğradıqdan sonra, zəfaranı sürtkəcdən keçirib əlavə edin. Sarımsağ və zəfaranı tavada isidib üzərinə doğranmış badımcanı, bolgar bibərini, duz, ağ çaxır, limon sousunu əlavə edib ve 2 deqiqe erzinde pörtlədin . Sonra tərəvəz bulyonunu əlavə edin ve bir neçə dəqiqə hazırlayın.
-
Əriştəni az miqdarda duz ile qaynadın, sonra onu soyuq su vasitəsilə soyudun. Sousu əlavə edərək eyni anda brokkoli ve ərişdəni əlavə edib qarışdırın,. Sonra teqribən 2 deqiqe saxlayıb, sousla tərəvəzlərin eyni istilik dərəcəsinə çatana kimi , doğranmış ceferini əlave edib, sobanın üzərindən götürün.
-
Pivə, tempura unu və xəmir qabardıcısı istifadə etməklə beşamel sousu kimi qarışıq hazırlayın. 3 dəqiqə saxlayaraq, sonra tofu pendirini böyük hissələrə doğrayıb unun içərisinə qoyun, sonra ise souse batıraraq isti yağda qızardın. Pendir hissələri qızılı rəng alandan sonra çıxardın, ve yağları axması üçün onları kağız dəsmalın içinə qoyun.
-
Tərəvəzləri və ərişdəni qabın içinə qoyub tofu pendiri və cəfərilə bəzəyin.