Hazırlıq addımları
-
Unu böyük qaba ələyin, duz əlavə edin və qarışdırın. Ortada deşik açın, tələsmədən suyu tökün, xəmiri təxminən 7 dəqiqə qarışdırın. Örtün və yarım saat dincə qoyun.
-
Hazır xəmiri 16 bərabər hissəyə bölün. Hər birini 10-15 sm diametri olan nazik yuxa kimi yayın.
-
Tavanı qızdırın və ora çapatini qoyun. Köpüklər əmələ gələnə qədər bir tərəfdən bişirin, sonra o biri tərəfinə çevirin. Kökənin köpməsi üçün ehtiyatla, dəsmaldan istifadə edərək, kökəni bütün səth boyunca sıxın və bir daha o biri tərəfinə çevirin. Çapatilər yaxşı bişməlidirlər.
-
Çapatinin bir tərəfini kərə yağı ilə sürtün və istisini saxlaması üçün kökələri bir-birinin üzərinə qoyun.