Hazırlıq addımları
-
Marinad hazırlayın (bütün maddələri qarışdırın) və onu qızılbalığın üzərinə tökün. Əldə olunan qarışığı bir neçə saatlığa soyuducuya qoyun.
-
Mərcini dəfnə yarpağı, sarımsaq və istiot dənəsi ilə qaynadın, axıra yaxın duz tökün. Diqqət edin ki, mərci bişdikdən sonra dağılmasın.
-
Yerkökünü bir neçə dəqiqə ərzində qaynar suda qaynadın, suyunu tökün və qaynar suda soyudun. Kök yumşalmamalıdır.
-
Mərcini arpacıq soğan, sous və marinadla yaxşıca qarışdırın. Hər şey bir müddət suyu özünə çəkməlidir.
-
Qızılbalığı marinaddan çıxarın və qurudun. Balığı xirda tikələrə doğrayın. Bu tikələri boşqaba nazik təbəqə ilə düzün və balığın üzərindən mərci salatını tökün.