Gaspaço - tərəvəz şorbası
Bu məşhur ispan şorbasının bir çox növləri vardır, amma onun ənənəvi hazırlama resepti – Andaluziyadandır. Ənənəyə görə, gaspaço taxta kasalarda verilir, və onu taxta qaşıqlarla yeyirlər. İstidə gaspaço əvəzedilməzdir.
Gaspaço - tərəvəz şorbası
İNGREDİYENTLƏR
-
1,25 kq pomidor
-
1 xiyar
-
1 baş soğan
-
1 yaşıl şirin bibər
-
2 diş sarımsaq
-
200 q bulka içi
-
4 q. zeytun yağı
-
2 q. çaxır sirkəsi
-
1 litr soyuq qaynadılmış su
-
Buz parçaları, istiot, duz
Hazırlıq addımları
-
Addım 1
Tərəvəzləri yuyun, üzərinə qaynar su tökülmüş pomidorların qabığını təmizləyin, kub şəklində doğrayın və tumlarını təmizləyin. Xiyarı təmizləyin, tumlarını təmizləyin və təxminən 1 sm böyüklüyündə doğrayın
-
Addım 2
Təmizlənmiş soğanı xırda-xırda doğrayın. Sarımsağı sürtgəcdən keçirin. Bibərin tumlarını təmizləyin və xırda-xırda doğrayın.
-
Addım 3
Tərəvəzləri çaxır sirkəsi, zeytun yağı, çörək və soyuq su ilə qarışdırın. Sonra qapağını örtün və 2 saatlığa soyuducuya qoyun.
-
Addım 4
Süfrəyə verməmişdən əvvəl gaspaçonu blenderdə qarışdırın. Zövqə görə duz və istiot əlavə edin. Mütləq şorbaya bir neçə parça buz qoyun.