Hindistansayağı karri toyuğu
Xörəyin adı tamil sözü karidən əmələ gəlir, o, sousda tərəvəzlər və ya sous deməkdir. Karini təkcə cənub-şərqi Asiyanın bir çox ölkələrində deyil, demək olar ki, bütün dünyada tanıyırlar.
Hindistansayağı karri toyuğu
İNGREDİYENTLƏR
-
2 ədəd toyuq döş əti
-
2 xırda doğranmış soğan
-
1 qaşıq bitki yağı
-
1 qaşıq xırda doğranmış təzə zəncəfil
-
2 qaşıq rəndələnmiş sarımsaq
-
2 qaşıq sarıkök
-
1 qaşıq karri tozu
-
350 ml tomat pastası
-
250 ml kokos südü
-
5 dənəcik qərənfil
-
3 dənəcik hil
-
1 darçın sapı
-
duz və istiot zövqə görə
Hazırlıq addımları
-
Addım 1
Toyuq ətini təzə sıxılmış limon şirəsi və darçın əlavə etməklə xamada isladın.
-
Addım 2
Bundan sonra əti qızartmamışdan əvvəl ən azı 1-2 saatlığa soyuducuya qoyun. Marinada qoyulmuş əti marinaddan çıxardıb qurutmaq lazımdır.
-
Addım 3
Böyük tavada bitki yağını qaynayana qədər qızdırın və ət qızarana qədər qızardın.
-
Addım 4
Əti tavadan götürün və kənara qoyun.ürün və kənara qoyun.
-
Addım 5
Tavada soğanı qızardın, zəncəfil və sarımsaq əlavə edin, ən sonda isə karri tozu və sarıkök səpin.
-
Addım 6
Marinad, tomat şirəsi, hindqozu südü, mixək, hil və darçınla toyuğu əlavə etməyin tam zamanıdır.
-
Addım 7
Zövqə görə duz və istiot əlavə edin. Atəşi azaldın və toyuq yumşalana qədər hazırlayın (təxminən 20 dəqiqə).
-
Addım 8
Süfrəyə düyü ilə verin.