Hazırlıq addımları
-
Kartofu qabıqlı-qabıqlı zirə ilə birlikdə 25-30 dəqiqə suda bişirin.
-
Soğanı kublara doğrayın.
-
Kartofun qabığını soyun, dilim-dilim doğrayın, üstünə soğan səpin.
-
Bulyonu sirkənın yarısı ilə birlikdə qaynadın, sonra isə onu qaynar-qaynar kartofların üzərinə tökün.
-
Hər şeyə duz-istiot qatın, sonra ehtiyatla qarışdırın və 30 dəqiqə gözlədin.
-
Kartofun üzərində olan bulyonun bir hissəsini boşalda bilərsiniz.
-
Bekonu qızardın, xırda-xırda doğrayın və salata əlavə edin.
-
Qalan sirkəni yağla çalın, doğranmış yaşıl soğanın yarısını əlavə edin və bütün bunları salatın üzərinə tökün.
-
Süfrəyə verilmə: Süfrəyə verməzdən öncə salatın üzərinə yaşıl soğanın qalan hissəsini tökün.