Hazırlıq addımları
-
Bir qabda xamanı çörək ovuntusu ilə qarışdırın və 5 dəqiqə dincə qoyun. Günəbaxan yağda soğanı qızardın. Çörək ovuntusuna ət qiyməsi, yumurta, ədviyyat və qovrulmuş soğanı əlavə edin, həmcins kütlə yoğurun və bir neçə saatlığa soyuducuya qoyun.
-
Hazırlanmış qiymədən kiçik küftələr (təxminən qoz boyda) hazırlayın və 30 dəqiqəlik dincə qoyun. Qalan yağla qabı sürtün və onun üzərinə küftələri yığın. Sobada 90-100ºС temperaturda təxminən 5-10 dəqiqə bişirin.
-
Sousu hazırlayın: günəbaxan yağda yarıhalqalar şəklində doğranmış soğanı qovurun, şərab əlavə edin və qaynara düşənə qədər bişirin. Bulyon əlavə edin və qapaqsız qarışdıra-qarışdıra 10 dəqiqə hazırlayın. Xardal və tomat pastası əlavə edin, ədviyyat qatın.
-
İsti küftələri sousla süfrəyə verin və ya mərsinlə (və ya quşüzümü ilə) bəzəyin. İsveçlilər ketbuları kartof püresi ilə yeyirlər.