Hazırlıq addımları
-
1 fincan kuskus və 2 stəkan su ölçün. Suyu qaynama temperaturuna çatdırın, altını söndürün və kuskusu əlavə edin. Qapağını 7-10 dəq örtün.
-
Yumurta 5-6 dəqiqə qaynadın, təmizləyin və 4 hissəyə bölün. Yaşıl soğan və turpu dilimləyin, cəfəri və kahını xırda doğrayın.
-
Proşutto tikələrini xırçıltılı olması üçün tavada az miqdarda zeytun yağı ilə qızardın. Karri tozu ilə ədviyyələndirin.
-
Kahının üzərinə kuskus, cəfəri, turp, soğan əlavə edərək salat hazırlayın. Xırçıldayan proşutto dilimlərini əlavə edin. Duz, istiot, limon şirəsi və zeytun yağı ilə ədviyyələndirin və səliqəli şəkilə hamısını qarışdırın. Qaynadılmış yumurtaları əlavə edin və noxud mikroqrini ilə bəzəyin.