Hazırlıq addımları
-
Soğanı xırda-xırda, yerkökünü, cırhavucu, kartofu - kub şəklində, proşuttonu uzun-uzun doğrayın.
-
Soğanı, yerkökünü və cəfərini az miqdarda bitki və kərə yağında qızardın. Bir neçə dəqiqədən sonra kartofu və tərəvəz bulyonunu əlavə edin. Üzərinə ədviyyat və nanə yarpaları səpin və kartoflar bişənədək qaynadın, sonra dərhal noxudu (donu açılmamış) əlavə edin. Bütün tərəvəzlər əlavə 7 dəqiqə ərzində qaynamalıdır, sonra dərhal xamanı qatıb, bircins konsistensiya alınanadək blenderlə çalın.
-
Proşutto dilimlərini isti yağın içərisinə düzün və qəhvəyi rəng alanadək qızardın. Yağdan çıxarın. Yağın süzülməsi üçün kağız salfetin üzərinə yığın. Noxudlu krem-şorbanı qaba töküb, üzərini xırçıltılı proşutto və xırda turp yarpaqları ilə bəzəyin.